Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Kamran Ağayev “Benfika” ilə oyunda baş verənlərə aydınlıq gətirib

Tarix:16-01-2017, 08:17 Baxış Sayı:259

Kamran Ağayev “Benfika” ilə oyunda baş verənlərə aydınlıq gətirib

Azərbaycan milli komandasının və "Boavişta" futbol klubunun qapıçısı Kamran Ağayev Portuqaliya çempionatının son turunda səfərdə "Benfika" ilə keçirilən oyundan sonra baş verən hadisəyə aydınlıq gətirib.
 
O, AFFA-nın "Facebook" səhifəsinə hadisənin rəqib futbolçunun onu təhqir etməsi üstündə baş verdiyini bildirib: "Oyundan sonra xoşagəlməz hadisə yaşandı. Hamı deyir ki, Kamran Ağayev dalaşıb. Təbii ki, bu hadisə yaşanmamalı idi. Ancaq bəzən hisləri cilovlamaq olmur, həmin anda nə qərar verəcəyini bilmirsən. Bu böyük futbolçularla da baş verir. Məsələn, Zidan Materazzini təhqirə görə vurmuşdu və bundan sonra ümumiyyətlə futboldan uzaqlaşmışdı. Rəqib oyunçu ilə üz-üzə gəldik, ayrılandan sonra arxamca söyüş söydü və mən bunu həzm edə bilmədim. Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət etdiyimi düşünmürəm. Əgər elə bir hərəkətim olubsa, xalqımdan üzr istəyirəm. Əlbəttə ki, bu hadisə olmamalı idi. Niyə mənlə baş verdiyini araşdırsaq nəzərə almaq lazımdır ki, "Benfika" çempionluğa oynayan komandadır. 65 min azarkeşin önündə 3 top geridə olmaqları və sonra qalib gələ bilməməkləri onlara pis təsir edirdi. Mən oyunun gedişatına çox təsir göstərirdim, oyunu gecikdirməyim və ritmi salmağım onları özündən çıxarırdı".
Kamran Ağayev hazırda klubdakı vəziyyətdən də danışıb: "Hazırda klubda vəziyyət yaxşıdır. Son oyunda matç boyu irəlidəydik, ancaq bəxtimiz gətirmədi. "Benfika" dünyada tanınmış, Avropada sözünü demiş komandadır. "Benfika"dan 1 xal almaq da yaxşı nəticədir. Ümumiyyətlə abu-hava yaxşıdır, heç bir problem yoxdur. Komandama bağlıyam və onun uğurları üçün çalışıram".
Futbolçu "Neftçi" klubuna keçəcəyi ilə bağlı xəbərlərə də toxunaraq bildirib ki, "bu xəbərlər doğru deyil, bu məsələ ilə bağlı danışığımız olmayıb".
"Hal-hazırda "Boavişta" futbol klubunun üzvüyəm, mövsümün sonuna qədər müqaviləm var. Mövsümün sonunda nə olacağı ilə bağlı indi bir şey deyə bilmərəm", - deyə o əlavə edib.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL