Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

"Qəbələ" rəsmisi: Gəncə şəhər stadionunda futbol oynanılmaz!

Tarix:15-02-2017, 15:11 Baxış Sayı:225

"Qəbələ" rəsmisi: Gəncə şəhər stadionunda futbol oynanılmaz!

"Kəpəz"in Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda ot örtüyünün hazırkı durumu AFFA Klublar Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Bu barədə jurnalistlərə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
 
O bildirib ki, həmin futbol meydanı bərbad vəziyyətdədir: "Mən "Kəpəz"in "Qarabağ"la oyununu televiziya vasitəsilə izlədim. Gəncə şəhər stadionunun hazırkı durumu hansısa ucqar kənd meydanınkından da betərdir. Orada ümumiyyətlə futbol oynanılmaz! Mən buradan mətbuat vasitəsilə müraciət edirəm. Ona görə yox ki, növbəti iki tur sonra "Kəpəz"lə qarşılaşacağıq. Orada oynayarıq. Amma ən yaxın vaxtlarda o stadionda oyun dayandırılmalıdır. Gəncəli azarkeşlərə böyük hörmətim var. Onlar azərbaycanlı azarkeşlər arasında öncüllərdəndirlər və bəlkə də birincidirlər. Onları futbolsuz qoymaq olmaz. Amma dayandırmaq lazımdır ki, onlar da aidiyyatı təşkilatlardan tələb etsinlər və vəziyyət düzəlsin".
 
F.Nəcəfovun sözlərinə görə, klub olaraq, or örtüyünün normal vəziyyətə salınmasına hər cür dəstək verməyə hazırdırlar: "Bizim stadionlar üzrə mütəxəssislərimiz çox dəyərli və keyfiyyətli ot örtüyü quraşdırıblar. Mən onların gəlməsinə kömək edə bilərəm. Hansısa formada kömək etməyə hazırıq ki, o cür regionda futbol meydanı olsun. Bu olmayan yerdə futbol yoxdur".
 
"Qəbələ" rəsmisi təkcə "Kəpəz"in deyil, bir çox klubun stadionunun bərbad vəziyyətdə olduğunu bildirib: "Bu məsələ ötən iclasda "Qəbələ" klubu tərəfindən təklif olunmuş və gündəmə gətirilmişdi ki, aidiyyatı qurumlara müraciət olunsun. Amma çox təəssüf ki, klublarda vəziyyət başqa cürdür. Ona görə aidiyyatı qurumları günahlandırmıram. AFFA klublara yalnız dəstək ola bilər. Klubların stadionları, təkcə "Kəpəz"in deyil, AZAL-ın, "Zirə"nin meydanları da çox bərbad gündədir. Belə yerdə futbol oynanılmaz. İnkişaf burdan başlanır". 
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL