Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Çempionlar Liqasının ardından qitənin ikinci klub turnirində mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək.
Cari mövsümdə yarışın qrup mərhələsində çıxış edən Azərbaycanın “Qarabağ” və “Qəbələ” klubları 1/16 finala vəsiqə qazana bilməsələr də, Türkiyənin 3 təmsilçisi – “Fənərbaxça”, “Beşiktaş” və “Osmanlıspor” buna müvəffəq olan 32 komanda arasındadır.
“Fənərbaxça” və “Osmanlıspor”un oyunları bir qədər tez, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İstanbul təmsilçisi Rusiyada “Krasnodar”ın qonağı olacağı halda, Ankara komandası Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcək.
Çempionlar Liqası ilə vidalaşan və yoluna Avropa Liqasında davam edən “Beşiktaş” da ilk oyununu səfərdə keçirəcək. İstanbul təmsilçisi İsraildə “Hapoel” ilə görüşəcək.
Qrup mərhələsində Azərbaycan təmsilçilərinə rəqib olmuş komandaların oyunları da maraq doğurur. J qrupunda “Qarabağ”ı qabaqlayan “Fiorentina” və PAOK komandalarının rəqibləri Almaniya təmsilçiləridir. Florensiyalılar Münhenqladbax “Borussiya”sının qonağı olacaq. Saloniki komandası isə “Şalke”ni qəbul edəcək.
“Qəbələ”nin keçmiş rəqiblərinə gəlincə, “Sent-Etyenn”i İngiltərədə “Mançester Yunayted”lə çətin sınaq gözləyir. “Anderlext” isə Rusiyanın “Zenit” komandasını qəbul edəcək.
UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral
20:00. “Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)
22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika)
22:00. “Alkmaar” (Hollandiya) – “Olimpik” (Lion, Fransa)
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)
22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya)
22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)
22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr)
00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)
00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)
00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa)
00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)
00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)