Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

“Unibank” əhalini təşvişə salır: Dollar “bahalaşdırılır”

Tarix:20-04-2018, 14:20 Baxış Sayı:207

“Unibank” əhalini təşvişə salır: Dollar “bahalaşdırılır”

“Unibank” əhali arasında dollar bahalaşacaq deyə ajiotaj yaradır. Bu iddia ilə bankın müştərisi Pərviz Şıxəliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib. O bildirib ki, “Unibank”dan FİFD nəzərə alınmadan illik effektiv 18 faizlə 1200 dollara yaxın kredit götürüb:

“Dolların məzənnəsi artandan sonra ödəməkdə çətinlik çəkirdim. İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə hər ay 50 manat kredit borcumu ödəyirəm. Bankın hüquqşünası ilə görüşdüm, razılıq əsasında kredit borcumu əməkhaqqına yönəltmədilər. Təxminən 1 aya yaxındır ki, “Unibank”dan zəng vurub təkidlə dollarla olan krediti manata çevirmək barədə təkliflər edirlər.

Bankın əməkdaşı krediti manata çevirərək, ayda 30-40 manat ödəməklə müştəriyə yaxşılıq etmək istəyirlər. Səbəbini soruşanda da, “Unibank” seçkidən sonra dolların bahalaşaraq, 2 manat 50 qəpik olacağını deyirlər. Hazırda kredit borcum 800 dollara yaxındır. Bilmirəm nə edim? Bank nə vaxtdan müştərinin halına yanan olub?”

Qeyd edək ki, dollar kreditinin manata çevrilməsi üçün 1.18 məzənnədən istifadə əslində,  bank heç nə itirmir. Çünki yeni açılan kredit xəttinin üzərinə kredit faizləri və komissiya xərcləri əlavə olunur ki, bu da təxminən mövcud məzənnədən (1.70) heç də aşağı olmur.

Maraqlıdır, vətəndaş bu halda nə etməlidir? Ümumiyyətlə, bankın “dollar bahalaşacaq” deyə anons verməkdə məqsədi nədir?

“Cümhuriyət” qəzetinə açıqlamasında bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov vətəndaşa ona zəng vuran bank işçisinin səsini yazmağı tövsiyə edib: “Faktiki olaraq bank işçisi milli valyutanın devalvasiya anonsunu verir. Onlar əhali arasında ajiotaj yaradırlar. Bildiyim qədər banklar dollarla olan krediti milli valyutaya elə belə çevirmirlər. Banklar bu zaman kredit faizini artırırlar. Bir qayda olaraq tələb edirlər ki, müştərilər müəyyən məbləği qabaqcadan ödəsin. Dollarla olan krediti milli valyutaya çevirmək banklara o baxımdan sərf edir ki, faizləri çoxaldırlar. Müştəriləri isə devalvasiya ilə qorxudurlar. Adi halda müştərilər bankın bu təklifinə gedir”.

Hüquqşünas vətəndaşların gəlirlərinin milli valyutada olmasına da diqqət çəkib: “Əgər bank heç bir əlavə şərt irəli sürmürsə, yəni, kredit faizi eyni qalırsa və ilkin ödəniş tələb etmirsə, əlbəttə, müştəriyə kreditin milli valyutada olması sərf edir. Amma mən buna inanmıram. Son 3 ilin təcrübəsində də görmədim ki, hansısa bank dollar kreditini milli valyutaya çevirəndə ya faizi artırmasın, ya da müştərini müəyyən məbləği qabaqcadan ödəməyi tələb etməsin. Əgər 10 min dollar qalıbsa, banklar müştəriyə 2 min dolları qabaqcadan ödəməyi tələb edir”.

“İnanmıram ki, müştəri ilə yeni müqavilə imzalana və bankın burda heç bir çıxarı olmaya”…

Əkrəm Həsənovun qənaətincə, son günlər milli valyutanın devalvasiyası barədə əsassız ajiotaj var:“Banklar da bu ajiotajdan sui-istifadə edirlər. Hər bir hallarda vətəndaş dəqiqləşdirməlidir ki, əgər bank eyni şərtlərlə dollarla olan krediti milli valyutaya dəyişirsə, buna getmək olar. Amma inanmıram ki, müştəri ilə yeni müqavilə imzalana və bankın burda heç bir çıxarı olmaya, bu, qeyri-adi olar. “Unibank” kimi insanların qanını içən bankdan bu addımı gözləmirəm”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL