Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Azərbaycan daha 79 dövlət əmlakını hərraca çıxarır

Tarix:23-01-2017, 15:10 Baxış Sayı:228

Azərbaycan daha 79 dövlət əmlakını hərraca çıxarır

 Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də yeni hərrac keçirəcək.
 
Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, bu hərracda ümumilikdə 79 dövlət əmlakı özəlləşdiriləcək. Hərraca 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb.
Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən şəhəri, Samux, Beyləqan, Goranboy və Bərdə rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77,2 min manata, Bərdə şəhərindəki Texniklər Evi isə 60 min manata təklif olunur.
Özəlləşdirməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Nizami, Nərimanov və Qaradağ rayonlarında yerləşir. Digər qeyri-yaşayış obyektləri isə Sumqayıt və Mingəçevir şəhəri, Lənkəran, Biləsuvar, Hacıqabulda hərraca çıxarılıb. Bu obyektlərin sahəsi 15-100 kv.metr arasında dəyişir. Təklif olunan belə obyektlər sırasında ən yüksək start qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə təyin olunub. Belə ki, əmlak 520 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Səbaildə yerləşən 3 qeyri-yaşayış sahəsi 117 min, 105 min və 100 min manata fiziki və hüquqi şəxslərə təklif olunur.
Satışa çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nərimanov rayonundakı "Avtomotoservis”, Sabunçu rayonundakı “Material Təchizat” və Səbail rayonundakı “Şəmkir” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Tikinti Quraşdırma”, “Biləsuvar Broyler”, “Qax Taxıl”, “Salyan Aqrotexservis”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL