Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Manatın taleyi okeanın o tayında həll olunacaq

Tarix:3-02-2017, 08:26 Baxış Sayı:262

Manatın taleyi okeanın o tayında həll olunacaq

FES dolları bahalaşdırmadı, amma manata təhlükə qalır...

 

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu dəfə dolları bahalaşdırmayıb. FES-in İdarəçilər Şurası fevralın 1-də faiz dərəcəsini 0,5-0,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib.
 
Xatırladaq ki, son dəfə ötən il dekabrın 14-də FES uçot dərəcəsini artırmışdı. Bundan əvvəl 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz artırılması barədə qərar qəbul etmişdi.
Ekspert Natiq Cəfərli bildirib ki, uçot dərəcəsi artmayıb, amma rəsmi açıqlamada maraqlı məqamlar var: “Mətndə qeyd edilir ki, ABŞ iqtisadiyyatı pozitiv dinamika göstərir, inflyasiya gözləntilərdən də tez artır, işsizlik azalır, buna görə də FES faiz artımını plana uyğun apara bilər. Hətta qeyd edilib ki, 2019-cu ilə qədər uçot dərəcəsinin 3 faiz həddində olması ehtimalı çox yüksəkdir, bu isə o deməkdir ki, yaxın 2 ildə, hər dəfə 0,25 faiz olmaqla, uçot dərəcəsi 10 toplantıda artırıla bilər. Bəzi media qurumları yazır ki, Tramp dolları ucuzlaşdıracaq, ABŞ sistemini öyrənmək lazımdı, Trampın elə bir imkanı və alətləri yoxdur ki, bunu etsin. Hətta miqrantlarla bağlı son fərmanını belə həyata keçirə bilmədi, məhkəmə hakimiyyəti həmən işə düşdü, öz nəzarət funksiyasını işə saldı. Tramp ”baha dollar bizə ziyandır" deyib, amma səhvdir, ABŞ ixracatına baha dollar cüzi təsir edir, yəqin ki, komandası bunu da ona başa salacaq. ABŞ-ın dünyaya satdığı məhsulların çoxu unikaldır, ancaq ABŞ istehsal edir, bu anlamda, baha dollar çox az təsirə malikdir. Məsələn, Apple məhsullarını dolların məzənnəsinə görə dünya almır ki, Apple olduğuna görə alır. Bir sözlə, FES sürətlə faiz dərəcəsini artırmağa başlasa, dolların dünyada bahalaşması sürətlənəcək, bu bizə iki yöndən təsir edəcək: həm neft qiymətləri, ən azından, bahalaşmayacaq, həm də bahalaşan dollar bizim manata daha çox basqı yaradacaq, manatın ucuzlaşması daha da sürətlənəcək".
 
Ekspert Əkrəm Həsənov qeyd edib ki, FES-in faiz dərəcəsini artırmaması manatla bağlı təhlükəni sovuşdurmur: “Faiz dərəcəsinin artması ehtimalı onsuz da az idi. Ayyarım əvvəl uçot dərəcələri artırılmışdı. İndi yenidən artırma ehtimalı yox idi. Amma istənilən halda, bu il iki dəfə artırılma qərarı veriləcəyini düşünürəm. Çünki həm bu, FES-in Donald Trampla olan pis münasibətləri ilə bağlıdır. Həm də bunun başqa səbəbi də odur ki, Tramp iqtisadiyyata çox pul qoyulmasını fikirləşir. Bu da inflyasiyaya apara bilər. Ona görə də FES məcbur olacaq ki, faiz dərəcəsini artırsın və inflyasiyanın qarşısını alsın. Bu halda bizim valyutanın devalvasiya təhlükələri də güclənəcək. Amma bizdə onsuz da devalvasiya öz-özünə də davam edir. Dollar heç qalxmasa belə, manat üzüaşağı düşür. Manat bu gün çətin vəziyyətdədir. Dollar bahalaşmasa belə, manat onsuz da ucuzlaşır. Dollar qalxsa, bu, bizim üçün çox pis olacaq. O halda bizdə devalvasiya daha kəskin ola bilər. Bu ehtimal böyükdür”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL