Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Tarix:13-02-2017, 11:24 Baxış Sayı:228

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinatlar olub. Şölə Əkbərova Bankın İnsan resursları Departamentinin direktoru vəzifəsinə təyin edilib. 
 
Bakı Dövlət Universitetinin Hüquq, Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin məzunu olan Ş.Əkbərova 2007-ci ildən dövlət qulluğunda insan resursları sahəsində çalışıb. Səmərəli fəaliyyətinə görə 2013-cü ildə “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilib. Son təyinata qədər isə “Modern Group” Holdinqin İnsan resurslarının idarə edilməsi Departamentinin direktoru olub. Bu sahədə bir çox beynəlxalq təlimlərin iştirakçısıdır. 
 
"ABB-yə insan resursları sahəsində yüksək bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlb edilməsində məqsəd Bank əməkdaşlarının motivasiyası, fərdi inkişafı, komandanın effektiv fəaliyyəti üçün müasir metodların tətbiqidir", - deyə məlumatda qeyd olunub.
 
Bununla yanaşı, Murad Qurbanov Bankın Təhlükəsizlik Departamentinin direktor müavini – Bankın İnformasiya təhlükəsizliyi inzibatçısı vəzifəsinə təyin edilib. Niderlandın Eyndhoven Texnologiya Universitetindən magistr dərəcəsi ilə məzun olan 1988-ci il təvəllüdlü Murad Qurbanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər “Rabitəbank” ASC-nin İnformasiya texnologiyaları Departamentinin direktoru olub. İnformasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlara malik M.Qurbanov yeni vəzifəsində ABB-də bank əməliyyatlarının təhlükəsizliyinin daha da gücləndirilməsi, bu sahənin inkişaf etdirilməsi missiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, hazırda ABB-də maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir. Xalid Əhədovun rəhbərlik etdiyi Bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir. 
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL