Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

6 ay başa çatır

Tarix:27-02-2017, 14:28 Baxış Sayı:212

6 ay başa çatır

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) martın 8-də Azərbaycanın öhdəliklərini müzakirə edəcək. Belə ki, ötən il oktyabrın 26-da MSŞT üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edir ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, ölkəmizin təşəbbüsdəki statusu dayandırılacaq.

MSŞT 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

MSŞT üzrə beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu toplantı öncəsi AzadlıqRadiosuna müsahibə verib.

– Qubad bəy, ötən ilin oktyabrında Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün vaxt verildi. Problemlər həll olundumu? QHT-lərlə, xarici donorlarla bağlı qərarlar verildi. Bunlar yetərlidirmi?

– MSŞT üzrə beynəlxalq İdarə Heyətinin 26 oktyabr 2016-cı ildə Astanada keçirilən 35-ci toplantısında Azərbaycanın bu təşkilat qarşısında öhdəliklərinin yerinə yetirməsi məsələsi əsas müzakirə mövzularından biri idi. Mövcud durumu dəyərləndirən MSŞT üzrə rəhbər komitə Azərbaycan hökuməti üçün həlli mümkün 3 tələb – QHT-lər üçün reyestrdən çıxarışın, qrant müqavilələrinin qeydiyyatının və xarici donorların qeydiyyatının ləğvini irəli sürmüşdü. Göründüyü kimi, bu tələblər sadə və ölçüləbiləndir. İslahedici tədbirlər planının tərkib hissəsi olan bu tələblərin icrasının qiymətləndirilməsi əsasında martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək MSŞT üzrə idarə heyətinin 36-cı toplantısında Azərbaycanla bağlı növbəti qərar veriləcək. Toplantı tələblərin icrasına uyğun qərarı verəcək.

– Yəqin, qiymətləndirmə indi də davam edir…

– Bəli, hazırda tələblərin icrasının qiymətləndirilməsi prosesi davam edir. İlkin qiymətləndirmə göstərir ki, islahedici tələblərin yerinə yetirilməsi istiqamətində Azərbaycanda bir sıra addımlar atılsa da, bunlar hökumətin qarşısına qoyulan vəzifələrin həllinə yetərli deyil. Çünki qrantların və donorların qeydiyyatı qaydalarındakı son dəyişikliklər bu prosesin sadələşdirilməsinə xidmət etsə də, yenə qeydiyyat prosedurları qüvvədədir. Yeni dəyişikliklərdən sonra da qeydiyyata dair qərar verən orqanın bununla bağlı müstəsna hüququ saxlanılır. Yəni, Ədliyyə Nazirliyi yenə də subyektiv əsaslarla bir qrant müqaviləsini qeydiyyata ala, digərinin isə qeydiyyatından imtina edə bilər. Odur ki, bu qaydalar bütövlükdə ləğv olunmalı və müvafiq qanunlarda ona uyğun dəyişikliklər aparılmalıdır. Əslində, MSŞT üzrə İdarə Heyətinin Astana toplantısında qəbul edilən islahedici tədbirlər planının tələbi də budur. İndiyə qədər baş verənlərin təhlili və qiymətləndirilməsi onu göstərir ki, növbəti İdarə Heyətində Azərbaycanla bağlı müzakirələr asan keçməyəcək. Əvvəlcədən bəyan edirəm ki, Boqota toplantısında qəbul ediləcək istənilən qərarın məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə düşür. Çünki Astana toplantısında qəbul edilən islahedici tədbirlər planını yerinə yetirəcəyinə öhdəlik götürən də Azərbaycan hakimiyyətidir.

– Hazırda MSŞT QHT Koalisiyasında problemlər yaşanır. Təşəbbüsün Baş Katibliyi bunu necə qiymətləndirir?

– Koalisiyada həmişə fikir ayrılıqları olub. Əslində, vətəndaş cəmiyyəti üçün bu, xarakterik məsələdir. Koalisiya üzvlərinin sayı 160-dan çoxdur, onlarla təşkilat üzv olmaq üçün ərizə ilə müraciət edib, növbələrini gözləyirlər. Üzvlər arasında fərqli dəyərləri və mövqeləri bölüşən qruplar formalaşıb. Onların bəziləri bu Koalisiyadan hökuməti dəstəkləmək, bəziləri müxalifətin problemlərini qabartmaqdan ötrü istifadə etməyə çalışır. Amma Koalisiya üzvlərinin böyük əksəriyyəti vətəndaş cəmiyyəti mövqeyindən çıxış edir. Hazırda MSŞA QHT Koalisiyasında baş verənlər daha ciddi problemlərin nəticəsidir. Onu yalnız Astana və ya Boqota toplantısı ilə bağlamaq düzgün deyil, onun daha ciddi və fundamental əsasları var. Bu problem 2014-cü ildən Azərbaycanın müstəqil vətəndaş cəmiyyətinin darmadağın edilməsindən qaynaqlanır. Bu proses bütövlükdə baş versə də, MSŞA Koalisiyasına tam sirayət edə bilməmişdi. Elə məhz bunun, eləcə də beynəlxalq səviyyədə diqqətin və sonradan verilən «nəfəs»in nəticəsində MSŞA Koalisiyasında təmsil olunan müstəqil qüvvələr 30 aprel 2016-cı ildə qələbə qazanaraq Koalisiyanın azad, heç bir qüvvənin təsiri altında olmadan idarə olunmasına başladılar. Təbii ki, belə idarəçilik bir çoxlarını, xüsusilə də hakimiyyətin vətəndaş cəmiyyətindəki nümayəndələrini, eləcə də seçkilərdə uduzub yeni heyətə düşə bilməyənləri qane edə bilməzdi. Odur ki, onlar birləşərək Koalisiyanı parçalamaq, Koalisiya Şurasının işinə və qərarlarına etimadsızlıq göstərmək xəttini tutdular. Bu istiqamətdə formalaşan gərginlik yeni seçilən Çoxtərəfli Qrupun (ÇQ) tanınmaması ilə pik həddinə çatdı. Bununla da hökumət Koalisiyanın parçalanması üçün indiyə qədər mövcud şərtləri daha da gücləndirdi və fevralın 7-də Koalisiya üzvlərini Neft Fondunda görüşə toplamaqla üzərinə daha ağır və məsuliyyətli iş götürdü. Hökumət nümayiş etdirdi ki, Koalisiyanın parçalanmasında maraqlıdır.

– Boqota toplantısına qədər bu narazılıq davam etsə, bunun Azərbaycanın statusuna hansı təsirləri ola bilər?

– Beynəlxalq katiblik Azərbaycan vətəndaş cəmiyyəti daxilində baş verən prosesləri narahatçılıqla qarşılayır və onun həllini gözləyirlər. Onlar Azərbaycan vətəndaş cəmiyyətini bütöv görmək niyyətini dəfələrlə bəyan ediblər. Hesab etmirəm ki, Boqotada veriləcək qərarda Koalisiyadakı mövcud durum əsaslı rol oynayacaq. Boqotada qərar vermək üçün islahedici tədbirlər planın icra vəziyyəti əsas olacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL