Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Azərbaycan İspaniyaya fındıq ixrac edəcək

Tarix:2-03-2017, 14:53 Baxış Sayı:287

Azərbaycan İspaniyaya fındıq ixrac edəcək

Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində danışıqlar davam edir.
 
İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, sərgini ziyarət edənlər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.
 
Bununla yanaşı, Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş keçirilib. Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub. Bundan başqa, iş adamları arasında keçirilən görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.
 
Eyni zamanda şirkətlərimiz sərgi çərçivəsində təşkil olunan "Eurasia Export Briefing” tədbirində iştirak ediblər. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkənin investisiya imkanları və ixrac potensialı, yerli məhsullarımız barədə məlumat verib. "Azpromo" və Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün ikitərəfli görüşlər də təşkil olunub.
 
“Gulfood” sərgisinin televiziya kanalı Azərbaycan stendi və yerli məhsullarımızla bağlı süjet hazırlayıb.
 
Qeyd edək ki, 128 kv. metrlik vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, "Azpromo"nun təşkilatçılığı ilə yerli şirkətlərimizin meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL