Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Hərəkətsizlik ürəyin düşmənidir - həkim məsləhəti

Tarix:4-12-2017, 12:09 Baxış Sayı:222

Hərəkətsizlik ürəyin düşmənidir - həkim məsləhəti

Çinli xəstələr üzərində aparılmış bir tədqiqata görə, diş əti xəstəliklərinin (periodontitis) intensiv müalicəsi yüksək qan təzyiqini aşağı salır. Müalicədən 6 ay sonra qan təzyiqi 13/10 mmHg qədər düşmüşdür. Diş əti xəstəliklərinin müalicəsi ilə iltihablaşma prosesi əngəllənir və damarın içini döşəyən endotel hüceyrələrinin funksiyası yaxşılaşır.

Amerikan Ürək Cəmiyyəti ilə Lourens Livermor Milli Laboratoriyası yeni dərman kəşflərinin sürətləndirilməsi üçün 10 illik, 2,6 milyard dollar məbləğində biznes müqaviləsi imzalamışdır. Bu pul ilə ürək xəstəlikləri, Alzaymer xəstəliyi, şəkərli diabet və s. xəstəliklərin müalicəsi, yeni dərmanlar, qoruyucu tədbirlər və s. araşdırılacaq.

Ürək çatışmazlığı və digər ürək xəstəlikləri olmayanlarda vegeteryan tərzi qidalanma bu xəstəliklərin əmələ gəlməsini 42% azaldır. Fikir 2003-2013-cü illərdə 15 mindən çox insan üzərində aparılmış müşahidədən sonra yaranıb.

Cinsi əlaqənin qəfləti ürək dayanması ilə bir əlaqəsinin olub-olmadığını öyrənmək üçün 4557 qəfləti ürək ölümü hadisəsi araşdırılıb. Cinsi əlaqə zamanı qəfləti ürək ölümünün nadir olduğu və ölənlərin 94%-ini kişilərin təşkil etdiyi məlum olub.

Bir tədqiqatda ayaq damarlarında tromb (qan laxtası) əmələ gələn, ya da ağciyərinə tromb atmış xəstələr arasında “televizora çox baxıram” deyənlərin üstünlük təşkil etdiyi ortaya çıxıb. Tədqiqatçılar televizora baxmağın pis şey olmadığını bildirmiş, problemi uzun müddət hərəkətsiz qalmaqla əlaqələndiriblər.

Avstraliyada əhalinin işci qüvvəsi arasında siqaret çəkmə vərdişinin məhsuldarlığı azaldaraq, 340 milyard ABŞ dollar ziyan vurduğu hesablanıb. Tədqiqatçılar siqaret çəkməyin qarşısını almağın niyə vacib olduğunu bir daha göstərmək istəyiblər.

Filadelfiya ştatında qazlı və şəkərli içkilərə tətbiq edilən əlavə vergi qanununun işə yaradığı deyilir. Şəkərli içkilər şişmanlıq, şəkər, təzyiq xəstəliyi əmələ gətirdiyinə görə bu xəstəliklərin qarşısını almaq və əhalinin daha çox su istifadə etməsini yaymaq üçün 01.01.2017 tarixindən bəri belə addım atılıb.

Aparılan müşahidələrə görə 20 yaşından tez ana olan qızların həyatlarının irəli yaşlarında ürək- damar xəstəsi olma ehtimalı artır. Gənc qızlara reproduktiv sahə haqqında təlimlərin verilməsi, gələcəkdə ürək xəstəliyi ehtimalını azaltmaq üçün düzgün həyat tərzini mənimsəmək əsasdır.

Yapon tədqiqatçılar yeməyi yavaş və sürətli yeyənləri müqayisə ediblər. Sürətli yeyənlərdə “metabolik sindrom” xəstəliyi dah çox görülüb. Metabolik sindrom yüksək təzyiq, şişmanlıq, xolesterol yüksəkliyi və diabetes mellitusdan ibarət xəstəliklər topluluğudur və müxtəlif ürək xəstəliklərinə səbəb olur.

E-siqaretlər haqqında aparılan bir tədqiqatda e-siqaretin tərkibindəki kimyəvi maddələrin siçanlarda ürək vurğularını yavaşlatdığı müşahidə edilib. İnsanlarda e-siqaretlərin aritmiya törədə biləcəyi ehtimal edilir. E-siqaretlərin düşünüldüyü qədər zərərsiz olmadığı, “siqareti tərgidir” sözünün əslində bir yalan olması haqda mübahisələr davam edir.

Danimarkalı tədqiqatçıların apardıqları bir araşdırmada şəkər xəstəliyinin uşaq və gənclərdə qəfləti ürək ölümlərini 7 qat artırdığı sübut edilib. Şəkər xəstəliyinin ürək damarlarını daraltması səbəb kimi göstərilir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL