Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Həkim-cərrah: “Keçən il intihar məqsədilə özünü yandıran kişilərin sayı çox olub”

Tarix:2-03-2017, 14:27 Baxış Sayı:270

Həkim-cərrah: “Keçən il intihar məqsədilə özünü yandıran kişilərin sayı çox olub”

 “Yanıqları konservativ və cərrahi müalicə üsulu ilə sağaltmaq olur. IV dərəcəli yanıq nəticəsində ağırlaşmalar daha çox müşahidə olunur. Bunlara da kelloid, çapıqlar, kontrakturalar, dəri xərçəngi, eybəcərliklər və digərləri aiddir”.
“Report” xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova mətbuat konfransında bildirib.
İntihar məqsədi ilə özünü yandırmaq halları da qeydə alınır. Bu hal qadınlar arasında çoxluq təşkil etsə də, keçən il kişilər arasında bu göstərici çox müşahidə olunub.
O bildirib ki, yanıqlar – termiki, kimyəvi, elektrik, günəş və şüanın təsirindən orqanizmin dəri və toxumalarının zədələnməsidir: “Yanıqlar I,II,III və IV dərəcəli olur. Bunlardan ən ağırı IV dərəcəli yanıqlardır. Belə ki, bu yanıqlar nəinki dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları, bəzən də sümükləri əhatə edir. Bu zaman əzələ “bişmiş ət” şəklini alır”.
Şöbənin həkim-cərrahı Həmzə Əzizbəyov isə çıxışında qeyd edib ki, bədən səthinin sahəsinə görə yanıqlar müxtəlif qruplara bölünür: “Belə ki, 10-20 faiz sahəsi olan yanıqlar məhdud, 20-40 faiz sahəsi olanlar geniş yayılmış, 40-60 faiz sahəsi olanlar həyatla çətin uyuşan, 60 faizdən yuxarı sahəsi olan yanıqlar isə həyatla bir araya sığışmayandır”.
H.Əzizbəyov qeyd edib ki, klinakaya daxil olan xəstələrin 56,5 faizi 60 faizdən yuxarı yanıqlar, 23,4 faizi 40-60 faiz yanıqlar, 13,9 faizi 20-40 faiz yanıqlar, 6,2 faizi isə 20 faizə qədər yanıqlarla əlaqəli olub.
“Yanıqlar nəticəsində dəri tamlığının bərpası üçün autodermoplastika (dəri köçürülməsi) əməliyyatı aparılır. Belə ki, dermatomla bədənin mümkün donor nahiyələrindən dəri götürülür, xüsusi perforator deşilirək 1:2, 1:4 və ya 1:6 nisbətində böyüdülür və sağalmayan yanıq yarası olan hissələrə köçürülür. Böyük sahəli dərin yanıqlar zamanı bu əməliyyat mərhələli şəkildə həyata keçirilir. Dərin yanıqlardan sonra yaraların bu və ya digər dərəcədə izinin qalması qaçılmazdır. Sağalmış və ya dəri köçürülmüş dərin yaraların yerində çapıqlar inkişaf edir”- deyə, o əlavə edib.
O, həmçinin qeyd edib ki, yanıqlara ilkin yardım zamanı kənar maddələrin (diş pastası, tomat, sidik, duru yağlar) vurulması düzgün deyil: “İlkin mərhələdə yanıq nayihələrinə soyuq məhlullar tədbiq edilsin. Ağrıkəsicidən istifadə etmək olar. Antiseptik məhlullarla həmin nayihələri yünhül formada sarğı etməklə dərhal onu həkimə çatdırmaq lazımdır”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL