Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıb

Tarix:27-03-2017, 14:48 Baxış Sayı:253

Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıb

Səhiyyə Nazirliyi Azərbaycanda məktəblilərin qidalanması qaydalarını açıqlayıb. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, qaydalarda uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyələrinə əsasən işıqfor prinsipi üzrə qurulub: "Yaşıl rəngdə göstərilən qidalara məhdudiyyət qoyulmamalıdır ki, bunlara da kəpəkli çörək, yarmalar, sutka ərzində 400 qramdan az olmayan meyvə və tərəvəz daxildir. Sarı rəngdə olan qidalara ət, balıq, süd məhsulları: balı (yağlı/yağsız) növləri, süd məhsulları, ət və toyuq (yağsız) daxildir. Qırmızı rəngdə göstərilən şəkər, yağ, şirniyyat məhsullarından isə çəkinmək lazımdır".

Qeyd olunub ki, sağlam qidalanmanın əsaslarına riayət edilməməsi məktəbli və yeniyetmələrdə diqqətin itməsi, bədən çəkisinin normadan çox və ya az olması, zəiflik və həddən artıq yorğunluq, yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi, immunitetin aşağı düşməsi, çəki artması və piylənmə kimi problemlərə gətirib çıxarır: "Məktəblilərin rasionunda beynin funksiyası üçün yumurta, düyü, noxud, qaraciyər, yulaf, yağsız kəsmik, soya, sinir sistemi üçün pendir, balıq, süd, yağ, meyvələr, yaddaş üçün yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları, görmə itiliyi üçün yerkökü, turşəng, ərik, alma, pomidor, şirin bibər və balıq, enerji üçün yarmalar (qarabaşaq, manna, düyü), üzüm, kartof, kələm, meyvələr, sümük və əzələlərin inkişafı üçün soya, pendir, balıq lobya, süd kəsmik, çörək, tərəvəzlər mütləq olmalıdır. Əsas qida qəbulları arasında 200 qram meyvə və 200 qram tərəvəz yemək qida maddələrinin defisitinin qarşısını alır".

Uşaqlara sutka ərzində nə qədər kalori tələb olunduğu da açıqlanıb. Belə ki, 3-6 yaş uşaqlarda 1900 qida kalorisi (kkal), 7-11 yaşda 2300 kkal, 11-14 yaşda 2500 kkal, 14-18 yaşda isə 3000 kkal tələb edilir.
Uşaq və yeniyetmə orqanizminin suya olan gündəlik tələbatı isə belədir: 4-8 yaşlı uşaqlar gündəlik 5 stəkan, 9-13 yaşlı uşaqlar 7-8 stəkan, 14-18 yaşlı uşaqlar isə gündəlik 8-11 stəkan su qəbul etməlidirlər. 

Qida qəbulunda yalnız aclıq hissi olduqda yemək, qidanı gündə 4-5 dəfə kiçik porsiyalarla qəbul etmək, hər bir yemək tikəsini yaxşıca çeynəmək, həddən artıq qida qəbul etməmək, müxtəlif cür qidalar qəbul etmək, gün ərzində suya olan tələbatı (2-2,5 litr) təmin etmək, şirin qazlaşdırılmış sular içməmək, yemək yeyərkən televiziyaya baxmamaq, yazı oxumamaq və ya çətin problemlərin həllindən danışmamaq kimi əsas qaydalara riayət etmək lazımdır.

Qeyd edək ki, məktəblinin qidalanmasına dair Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.1-ci bəndinə uyğun olaraq buklet hazırlayaraq çap edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL