Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Xərçəngə dərman axtarırdılar, keçəlliyin çarəsini tapdılar?

Tarix:8-05-2017, 10:45 Baxış Sayı:307

Xərçəngə dərman axtarırdılar, keçəlliyin çarəsini tapdılar?

“The Telegraph” yazır ki, kişilərdə dazlaşmanın və saçın çallaşmasının qarşısını alan krem və ya yağ gerçəkliyə çevrilə bilər.
ABŞ alimləri bəzi xərçəng şişlərini tədqiq edərkən təsadüfən saçları yaradan və onları ağardan hüceyrə və geni aşkar ediblər.
Məqalədə deyilir ki, bu tapıntı bir gün kişilərdə dazlaşmanın və saçın ağarmasının qarşısını almaq üçün dərmanların yaradılmasına yol aça bilər.
Dermatologiya professoru Lu Le deyib ki, “biz bəzi şişlərin necə inkişaf etdiyini öyrənməyə çalışırdıq, lakin əvəzində saçların ağarmasının səbəbi olan geni və bilavasitə saçların yaranmasına təkan verən hüceyrələri aşkar etdik”.
Professor bildirir ki, bu tapıntı gələcəkdə saç kisəciklərinin lazımi genlərlə təchiz edilməsinə imkan yarada bilər.
Tədqiqat zamanı bəlli olub ki, əsəb sistemində xərçəngin inkişafı ilə əlaqələndirən KR0X20 adlı zülal, dəri hüceyrələrinə yönəldikdə saç kisəciklərinə çevrilir.
Bu başlanğıc hüceyrələr daha sonra gövdə hüceyrəsi faktoru adlanan SCF zülalını yetişdirir ki, bu da saçların rəng piqmentasiyasına cavabdeh olur.
Alimlər siçanların saçyetişdirən hüceyrələrindən SCF genini çıxardıqda, onların tükləri ağarıb. Siçanın toxumalarından KROX20 zülalını istehsal edən hüceyrələr çıxarıldıqda isə siçanlarda ümumiyyətlə tük əmələ gəlməyib.
Professor Le bu nəticəyə gələrkən neyrofibromatoz xəstəliyini tədqiq edirdi. Bu xəstəlik zamanı xərçəng şişləri sinirlərin üzərində inkişaf edir.
Alimlər bundan əvvəl də bilirdilər ki, saç kisəciyinin şişkin hissəsindəki hüceyrələr saçın yaranmasında iştirak edir və SCR piqmentli hüceyrələrdə vacib elementdir.
Alimlər yaxın gələcəkdə hüceyrələrdəki KROX20 zülalının və SCF geninin “düzgün işləməməsinin” səbəbinin adamların yaşlanması olub-olmadığını dəqiqləşdirməlidirlər. Çünki istər dazlaşma, istərsə də saçların ağarması yaşlanma ilə bağlıdır.
Lakin məqalədə deyilir ki, bu elmi araşdırma təkcə “saçlar niyə ağarır və niyə tökülür” sualının yox, həm də ümumiyyətlə insanlar niyə qocalırlar sualının cavabını verməlidir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL