Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Ürək infarktının tətikçilərindən biri - bağırsaq bakteriyaları - Mütəxəssis şərhi

Tarix:8-06-2017, 13:54 Baxış Sayı:330

Ürək infarktının tətikçilərindən biri - bağırsaq bakteriyaları - Mütəxəssis şərhi

Qulağa yaxşı gəlməsə də bağırsaq bakteriyaları anadan olduğumuz gündən ta ölənə qədər bizimlə yaşayır və sağlamlığımızda çox mühüm rollar oynayır. Son vaxtlar elm aləmində bağırsaq bakteriyalarını tədqiq etməyə maraq artıb. Ürəklə əlaqəsi olan tədqiqatlar da var. 

Bağırsaqda yaşayan bakteriyaların insan sağlamlığında oynadığı bəzi müsbət rollara diqqət yetirək; 1) zərərli mikroorqanizmaların bağırsağa yerləşməsini əngəlləyir, 2) həzm sisteminin həzm edə bilmədiyi qida artıqlarını parçalayaraq faydalı maddələrə çevirir, 3) insanın immunitetini gücləndirir, 4) beyinlə birlikdə insanın zehni, ruhi davranışlarını kontrol edir və s. Bağırsaqda yaşayan bakteriyaların zərərli olan çox cüzi bir hissəsi fürsət düşəndə insanı xəstələndirir. Məsələn, bir insan “soyuqdəyməm var” deyib, lazımsız yerə, həkimlə məsləhətləşmədən antibiyotik qəbul edərsə, bağırsaqdakı faydalı bakteriyalar ölür, xəstəliktörədici bakteriyalar üçün şərait yaranır. 
Bu yaxınlarda kardiologiya elminin nüfuzlu jurnallarından hesab edilən “Circulation” adlı jurnalda ABŞ-ın Klivlənd klinikasının

tədqiqatçıları tərəfindən 24.04.2017 tarixində yayınlanmış bir məqalə oxudum. (“Circulation” jurnalı sanballı jurnaldır, biz kardioloqlar orada yazılanlara inanırıq). Məqalədə deyilir ki, əsasən yumurta sarısı, qırmızı ət və işlənmiş ət məhsulları kimi qidalar bağırsaqda həzm olunarkən orada yaşayan bakteriyalar bu qidaları parçalayaraq “trimetilamin N- oksid (TMAO)” adında bir maddə sintez edirlər. TMAO maddəsi qana keçərək qanı qatılaşdırır və trombosit (qanı laxtalandıran hüceyrə) adındakı qan hüceyrələrinin laxtalanma qabiliyyətini artırır, yəni nəticədə qan laxtalanmağa meyilli olur. Qan laxtalanmağa meyilli olanda ürəyin səthindəki tac damarlarında anidən tromb (qan laxtası) əmələ gələrək damarın içini tıxayır, nəticədə ürək infarktı yaranır. Eyni hadisə beyin damarlarında da ola bilir və ona insult (beyin qan dövranının pozulması) deyilir. Tədqiqatçılar 2 nəticəyə gəliblər. Birincisi, qanda TMAO adındakı maddəni analiz edərək, yəni səviyyəsini ölçərək ürək infarktı və insult riskinin kimlərdə yüksək olduğunu tapmaq olar. İkincisi, müalicəsi də asandır: qorunmaq üçün aşağı dozada aspirin dərmanı qəbul etmək TMAO maddəsinin zərərli təsirlərini ortadan qaldırır.

Bu tədqiq heyvanlar üzərində aparılmışdır, insan üzərində isə 1-ci dəfədir. Nəticələr gələcəkdə iri araşdırmalarda öz təsdiqini tapana qədər indi bəzi qabaqlayıcı tədbirlər görmək olar. Kimə aspirin müalicəsi yazılıbsa, onu mütəmadi qəbul etmək lazımdır. Aspirinin xeyri çox idi, biri də bu tədqiqat ilə ortaya qoyuldu. Digər profilaktik bir tədbir isə qidalanma tərzidir. Araşdırmadan göründüyü kimi TMAO maddəsi çox yumurta, qırmızı ət və işlənmiş ət məhsulları, qaraciyər ilə qidalananlarda yüksək çıxır. Belə qidaları nisbətən az yemək qanda TMAO səviyyəsini azaldacaq və ürək infarktı, insult riskində yaxşılaşma olacaq. Təxminən 1 il əvvəl “Ürəyin dostu: Aralıq dənizi mətbəxi” başlıqlı yazımızda qidalanma tərzi haqqında məsləhət vermişdik. Yumurta, qaraciyər, ət məsələlərinə deyinmişdik. Yuxarıda bəhsi keçən tədqiqatdan sonra eyni məsləhətlər yenə keçərlidir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL