Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Ağcaqanad dərmanları ağcaqanadlarla birgə sizi də zəhərləyir

Tarix:30-06-2017, 08:04 Baxış Sayı:461

Ağcaqanad dərmanları ağcaqanadlarla birgə sizi də zəhərləyir

Vaqif Qarayev: “Bu dərmanların mərkəzi sinir sisteminə təsiri çox pisdir”

Yay fəsli gəlib, istilər düşən kimi ağcaqanadlar da peyda olur. Bu səbəbdən elə bir ev olmaz ki, orada ağcaqanad əleyhinə hansısa bir dərmandan, mayedən istifadə edilməsin. Satışdakı müxtəlif maye və maye üsullu naqilə birləşdirmə dərmanları var. Onların qiyməti də müxtəlifdir. 5 qəpik və 20 manat arasında dəyişən bu ağcaqanad əleyhinə dərmanların bəziləri yandırılaraq istifadə edilir, bəziləri ilə suyu ilə birgə satılır və o elektrik şəbəkəsinə taxılaraq istifadə edilir. Ağcaqanada qarşı dərmanların hamısı kimyəvi tərkiblidir. Sağlam yaşam tərzinə üstünlük verən adamlar, bu dərmanların kimyəvi tərkibindən narahat olur. Bu kimyəvi tərkib həm otağın havasını zəhərləyir, həm də bizim zəhərli hava ilə tənəffüs etməyimizə səbəb olur. Aldığımız oksigen birbaşa qana sorulduğuna görə qanımızda zəhərlənmə təhlükəsini artır. Çalışmalıyıq ki, ağcaqanadları təbii üsulla otaqlardan uzaqlaşdıraq.

Mağazalarda hansı ağcaqanad dərmanlarının daha çox satıldığını və insanların onun zərərli təsirləri barədə xəbərdar olub olmadığını öyrənmək üçün bir neçə marketə baş çəkdik. “Rahat market”in satıcısı Leyla Məmmədova indi daha çox elektrik şəbəkəsinə taxılan ağcaqanad əleyhinə olan dərmanların alındığını dedi: “Əvvəllər “pif-paf” adlanan və evdə yandırılan dərmanlar alınırdısa, indi “toka” taxılaraq istifadə edilənlər alınır. Çünki alıcılar yandırılanın iyinin çox pis olduğunu deyirlər. Elə bunların da iyi pisdir. Ancaq onu bir o qədər də hiss etmirik. Onlar da müxtəlifdir. Məsələn, Rusiya istehsalı olan və uşaqlar üçün tam zərərsiz olanı var ki, qiyməti 20 manatdır. Alınanlar daha çox 2-5 manat arasında olan “Raid”lərdir”.

Alıcı Səbinə Əliyeva bu cür dərmanlarsız yayı keçirməyin mümkün olmadığını dedi: “Bu il ağcaqanadlar çoxdur. Məcburuq ki, bu dərmanlardan istifadə edək. Onun ağırlığını sanki orqanizmim hiss edir. Ancaq nə edim, çarəm yoxdur. Biz onu yatmazdan 2 saat əvvəl taxırıq. Sonra çıxarırıq. Bu 2 saat ağcaqanadları məhv etməyə bəs edir. Elə insanlar var ki, gecə səhərə kimi taxılı qoyurlar. Bu təbii ki, ziyanlıdır”.

19578176_1021859021250146_1698255017_n.jpg (87 KB)

Qeyd edək ki, bu dərmanlar sizi ağcaqanadlardan 4, 10, 30 və 45 gecə qoruya bilər. Təbii ki, dərmanların istifadə gününün sayı onların qiymətinə görə dəyişir. Fransa alimləri belə nəticəyə gəliblər ki, ağcaqanad dərmanlarının tərkibindəki “deet” adlı kimyəvi maddə insanın sinir sisteminə nevrotoksik təsir göstərir. Həmin maddə mərkəzi sinir sistemi üçün çox böyük əhəmiyyətə malik olan asetilkolinesteraz fermentini parçalayır. Mütəxəssislərin sözlərinə görə, dərmanların tərkibindəki deet və permetrin adlı kimyəvi maddələr insan beyninin hüceyrələrinə mənfi təsir göstərir, sinir sistemini tədricən dağıdır. Ağcaqanad əleyhinə istifadə olunan dərmanlar eyni zamanda, uşaqlarda diqqət pozğunluğuna və hiperaktivliyin 3 dəfə artmasına səbəb olur. Qeyd edək ki, hər il ağcaqanadların səbəb olduğu xəstəliklərdən azı 725 min insan dünyasını dəyişir. Bu xəstəliklər arasında malyariya, sarı sətəlcəm və qərbi nil virusu insanlar üçün daha ölümcül xarakter daşıyır.
Həkim, pediatr Vaqif Qarayev bu dərmanların istifadəsinin nəinki uşaqlar, eləcə də böyüklər üçün ziyanlı olduğunu dedi: “O dərmandan istifadə olunursa, uşaqlar o məkanda olmamalı, qida açıq şəkildə olmamalıdır. İndi ağcaqanad əleyhinə yeni dərmanlar da çıxıb, “toka” taxırsan. Bu dərmanlar ən birinci problemi allergiya verməsidir. Xüsusilə əgər ailədə allergik problemdən əziyyət çəkən varsa, bu dərmanlarla kontaktda olmamalıdır. Hətta bu çox ağır astmaya səbəb ola bilər. İri səpgilərlə allergiya verə bilər. Bundan başqa bu dərmanların mərkəzi sinir sisteminə təsiri çox pisdir. Bütün həşəratları öldürə biləcək kimyəvi maddələr toplusudur ki, bu da insan orqanizminə ziyandır. Ən birinci problem isə allergik problemləri yaratmasıdır. Böyüklərdə ürək xəstəlikləri, qan təzyiqi xəstələri üçün ziyalıdır. Təbii ki, allergik problemlər böyüklər üçün də keçərlidir. Əslində ağcaqanad dişləməsinin özü də allergiyası olan uşaqlar üçün bu problemi kəskinləşdirir.

Məsələn heç bir allergik xəstəliyi olmayan uşaqlarda ağcaqanad dişlədiyi yerdə adi bir səpki, ləkə görürüksə, allergiyası olan uşaqlarda şişkinlik, ciddi narahatçılıq olur. Dişləməsə daha yaxşıdır. Amma Bakı kimi bir şəhərdə ağcaqanadsız yer təsəvvür edə bilmirəm. Mən keçən il də bu mövzunu gündəmə gətirmişdim. Hətta çıxış yolu da göstərmişdim ki, köhnə binaların zirzəmilərində vaxt aşırı təmizləmə işi aparılmalıdır. Çünki orada təkcə ağcaqanad olmur, bit-birə də olur. Qətiyyən səsimə səs verən olmadı. İnsanlar bilməlidir ki, həşərat əleyhinə dərman işlədirsənsə onunla birbaşa kontaktdan uzaq olmalısan. Xüsusən də uşaqlar. Südəmər uşaqlar ümumiyyətlə o kontaktı görməməlidir. Onlar o evdən çıxarılmalıdır. İy qoxu çəkiləndən xeyli sonra südəmər uşaq həmin evə gətirilə bilər. Çünki bu dərmanlarla kontaktda olan uşaqlar sonra yatmır, narahat olurlar. Hələ allergiyanı kənara qoyuram. Bundan başqa dərmanın təsirindən yeməkdən də imtina edirlər. Bu dərmanlardan istifadə etsinlər, ancaq özlərini qorumağı da bacarsınlar”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL