Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Vətəndaş və İnkişaf Partiyasının Bəyanatı
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə verdiyi xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə iclası keçirilib. Qeyd edək ki, bu, 2021-ci ilin dekabrından etibarən, Əli Əliyevə qarşı məhkəmə icraatına götürülən xüsusi ittiham qaydasında sayca 3-cü şikayətdir. Onlardan 2-si – Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə şikayətləri əsasında Yasamal Rayon Məhkəməsində bu il yanvarın 13-ü və aprelin 15-də Əli Əliyevin müvafiq olaraq, 5 ay və 1 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qanunsuz hökm çıxarılıb. Hakimiyyət VİP sədrinə qarşı davam etdirdiyi təzyiqlərin nəticəsiz qalması və Əli Əliyevin hər hansı pərdəarxası “anlaşma”ya razılıq verməməsi səbəbindən onun həbs müddətini artırmaq üçün bu dəfə cəmiyyətdə bəlli reputasiyaya malik Ramiz Göyüşovun iştirakı ilə yeni saxta “hüquqi” prosesə start verib.
Gözlənildiyi kimi, Göyüşovun iddiası üzrə keçirilən iclaslar da DSX zabitlərinin şikayətıələri üzrə baş tutmuş iclaslardan nəinki fərqlənmədi, hətta neqativ planda onları kölgədə qoydu. Saat 14-00-da başlayacaq iclasa Əli Əliyevin səhər saat 8-də gətirilməsi, iclas başlayana qədər su və qida ilə təmin edilməməsi hakimiyyətin “humanizmi”, həmçinin VİP sədrinə yönəlik münasibəti haqqında tam təsəvvür yaradır. Hakim Rəşad Cavadzadə də həmkarları Hüseyn Səfərov və Rauf Daşdəmirovun davranışlarını təkrarlayaraq, Əli Əliyevlə vəkillərinin tutarlı arqumentlərə əsaslanan vəsatətlərini qəbul etməməklə yanaşı, bir qədər də irəli gedərək iclasın qapalı keçirilməsinə, bununla da ictimaiyyətin oradakı gedişatdan xəbərsiz qalmasına qərar verdi. Bütün bu qanunsuzluqlara etiraz edən Əli Əliyev məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edərək, pozulmuş hüquqlarının bərpası üçün bu qədər radikal və sağlamlığına zərbə vuran addım atmaq məcburiyytində qaldı. Qapalı keçirilən məhkəmə iclası isə növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salındı. Vətəndaş və İnkişaf Partiyası (VİP) hakimiyyətin partiyanın sədri Əli Əliyevə qarşı süni “hüquq” müstəvisində təzyiqləri davam etdirməsini qətiyyətlə pisləyərək, artıq siyasətçinin sağlamlığını təhlükə altına alan aramsız basqılara son qoyulmasını, VİP lideri əleyhinə başladılan saxta prosesin təcili dayandırılmasını və onun ən qısa müddətdə azadlığa buraxılmasını tələb edir. VİP bəyan edir ki, həbsxanada aclıq aksiyasına başlayan Əli Əliyevin səhhətində yaranacaq problemlərə və bununla bağlı mümkün arzuedilməz nəticələrə görə məsuliyyət buirmənalı şəkildə hakimiyyətin üzərində olacaq. VİP Əli Əliyevin qanunsuz həbsdən tezliklə azad olunması üçün bütün qanuni vasitələrlə mübarizəni davam etdirəcəyini bəyan edir.
VİP mətbuat xidməti