Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Hüquq müdafiəçisi Rüfət Səfərov
Azərbaycanla İranın münasibətlərinin kəskin xarakter aldığı hər kəsə aydındır.
Əvvəlki çıxışlarımda bir neçə dəfə söylədiyim kimi, iki dövlət arasındakı gərginliyə səbəb terroru dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müdafiə qabiliyyəti üçün təhlükə olan İranın yürütdüyü siyasətdir.
O İran ki, təkcə öz xalqıçün yox, ətraf xalqlar və sivil dünyaçün də qorxu, təhlükə, fəlakət, zülmət vəd edir.
Belə bir qaranlıq idarəetmə, fərdin, cəmiyyətin və dövlətin təməllərinə eybəcər biçimdə nüfuz edən teokratik sistem, bəşəri ideyaların, dünyəviliyin, müasir dəyərlərin çirkin antipodu olan üsul-idarə tarixin zibilliyinə gömülməlidir, heç şübhəsiz.
Dövlətlərarası böhran zəminində Azərbaycan hakimiyyəti fürsəti fövtə vermir, daxildə hakim siyasətlə razılaşmayan inanclı şəxslərə qarşı yeni, lakin ağır repressiya səhifəsi açır.
Əsas və səbəb olmadan cinayət işləri açılır, “növbətçi ittihamlar” işə salınır, şüurlu ömrünü ruhaniliyə həsr edən, həyatında bir dəfə də olsun siqaret çəkməyən, pis vərdişi olmayan inanclı şəxs “narkotacir” qismində təqsirləndirilir, ya da heç bir dəlil olmadan dövlətə xəyanət ittihamı irəli sürülür.
Şəksiz, uzun illər rəsmi Bakının yaratdığı münbit şəraitdən yararlanıb, Azərbaycan coğrafiyasında şəbəkəsini qurmağa səy göstərən, bir çox hallarda buna nail olan terror dövlətinin-İran İslam Respublikasının hərbi və xüsusi xidmət orqanlarının toruna düşərək casusluq edənlərin, dövlətimizə qarşı düşmənçilik fəaliyyəti aparmaq işində teokratik rejimə, onun təşkilat və nümayəndələrinə kömək edənlərin mövcudluğuna qətiyyən şübhə ilə yanaşmıram və bu vəziyyətdə cinayət mühakimə icraatlarına, təqiblərə birmənalı haqq qazandırıram, çünki azərbaycanlıyam, vətənimi və maraqlarını sevirəm.
Amma necə deyərlər, qurunun oduna yaş da yanır, heç bir cinayəti olmayan inanclı şəxslər qurama ittihamlar əsasında cəmiyyətdən təcrid edilirlər, bu, azlıq edirmiş kimi, qeyri-insani rəftara, ağır işgəncələrə məruz qalırlar ki, bunlara da etiraz etməyə bilmirəm, çünki özümü hüquq müdafiəçi kimi elan etmişəm.
Xüsusilə, son dövrlər ərzində şiddətli xarakter daşıyan repressiv tədbirləri, müdafiəsiz dindarların işini qabiliyyətim və ağlım səviyyəsində ictimailəşdirməyi vicdan borcu sayıram.
Bunun bədəlini ağır şəkildə ödəyə biləcəyimin fərqindəyəm.
Saxta mandat daşıyan deputatlar səviyyəsində İslam Respublikasının agenti, SEPAH-ın qulluqçusu kimi təqdim edilməyim, həbsimə dair çağırışlar onu göstərir ki, təhlükəli işlə məşğulam.
Lakin qulluq etdiyim peşənin prinsip və qaydalarına dərin ehtiram hissi qorxu, narahatçılıq duyğusunu üstələdiyindən, bundan sonra da doğru bildiklərimi söyləyəcəm, əksəriyyətin susduğu şəraitdə, bəzən də haqq qazandırdığı vəziyyətdə inanclı şəxslərin pozulan hüquqlarının müdafiəsində olacağam.
Təəssüf doğuran odur ki, Azərbaycan cəmiyyətinin əhəmiyyətli hissəsi tam gücü ilə işləyən repressiya maşınının təkərləri altında əzilən inanclı şəxslərin acı və faciəvi aqibətindən nəinki narahat olur, əksinə, haqq qazandırır, üstəlik, bizləri də qınayır.
Qoy qınamaqda olsunlar, mən də yatmış vicdanlara, yerli və beynəlxalq hüquq müdafiə mərkəzlərinə növbəti dəfə xitab etməyimdə olum:
Abbas Hüseyni tanıyırsınızmı?
O, “Nardaran işi” üzrə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Vicdan məhbusudur.
Çarmıxa çəkilib.
Lüt soyundurub, saatlarla qızmar günəş altında saxlayıbıar.
Elektroşok vasitəsilə bədəninə cərəyan veriblər.
Davamını Abbasın öz qeydlərindən oxuyaq:
“Həbs olunduğumuz zaman dəhşətli, insanlıqdan kənar işgəncələrə məruz qaldığımız hər kəsə məlumdur. “Bandotdel”də bu vandalizmi edənlər isə ermənilər yox, eyni milliyəti paylaşdığımız “insanlar” idi. Ermənilərin soydaşlarımıza etdiyi vəhşiliklərlə bizə qarşı törədilmiş vəhşilikləri müqayisə etsəniz, onlar arasında heç bir fərqin olmadığını görərsiz. Lakin bu işgəncələrin sərhədi təkcə “Bandotdel”lə məhdudlaşmadı, Kürdəxanı təcridxanasında olduğumuz dönəmlərdə və nəhayət, Qobustan həbsxanasına gətirilən zamanlarda bundan qat-qat dəhşətli işgəncələrə məruz qaldıq. Məhkəmə proseslərində bizə edilən işgəncələrdən danışanda zalda əyləşən insanların üzlərində yaranan qorxu dolu, tükürpədici ifadə yadımdadır, amma bizlər bu dəhşətin daha betərini bilavasitə yaşamış insanlarıq”.
Bunlar əvvəlki illərdə olub.
Bu gün də əl çəkmirlər.
Cəza evində vurub, burnunu sındırıblar.
Abbasın yaxınları göstərirlər ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov işgəncə prosesində şəxsən iştirak edib.
Onun yenidən həbsxanaya-Qobustana göndəriləcəyi gözlənilir.
Cəzaçəkmə müəssisəsindən Qobustana etap edilən istənilən dustaq bir neçə saat işgəncə maşınından keçirilir, sonra kameraya etap edilir.
Yəni qayda budur.
Daha bilmirəm, bu qaydanı hansı faşistin belindən gələn qoyub!
Baş verən bu kimi dəhşətlərə etiraz edirəm.
İnsanları da etiraz etməyə səsləyirəm.
Abbasa isə mətinlik, dözüm arzu edirəm və deyirəm:
Əlbəttə, Abbas, belə getməyəcək, gün gələcək, ədalət zəfər çalacaq, barəndə qanunsuz qərarlar verən faşist törəmələri də cavab verməli olacaqlar.
Buna inanıram.