Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq əldə ediblər
İyunun 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Tərəflərin Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələlərini müzakirə etdiyi bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.
Nazirlik qeyd edib ki, həmin istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
İyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində Tehrandan müraciət daxil olub.
Ancaq nazir Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işinin davam etdiyini də xatırladaraq əlavə etmişdi ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir:
“Azərbaycan tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycana bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.
2023-cü ilin yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov öldürülüb:
“Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb”.
Yanvarın 30-da Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Martın 28-də saat 21:51-də isə Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib.
Deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.
Elə həmin gün Baş Prokurorluq deputata silahlı hücumla bağlı cinayət işi açıb.
Bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.
Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Bu gün hüquq-mühafizə orqanları Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar altı nəfərin Qaradağ rayonu ərazisində saxlanılması haqda məlumat yayılıb.
Saxlanılan şəxslərin hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri, onların yaşadıqları evlərdə axtarış keçirildiyi bildirilir.
MEYDAN TV