Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Simvolu xoruz olan ölkə, Azərbaycan tərəfə banlayıb zəhlə tökənlər

Tarix:28-10-2023, 17:07 Baxış Sayı:117

Simvolu xoruz olan ölkə, Azərbaycan tərəfə banlayıb zəhlə tökənlər Məşhur bir deyim var: “Heç bir müharibə ağlayan körpənin göz yaşına dəyməz”. Hansı motivlə olur-olsun. Təəssüf ki, bəşəriyyət öz mövcudiyyəti tarixində hələ də problemlərin dinc, sakit, silahsız, ədalətli həll yolunu tapa bilməyib.
Bu gün Qəzzada yaşanan insanlıq dramı, ondan az öncə İsrailin cənubunda dinc yəhudilərə və əcnəbilərə qarşı törədilən vəhşilik çətin ki, sonuncu olsun. İstənilən qanlı savaş, dava-qırğın, kütləvi dağıntı, humanitar fəlakət isə həm də qarşı duran tərəflər arasında etimadın uzun müddətə itməsi, kin-nifrətin isə əksinə, qalması və güclənməsi deməkdir...

Erməni işğalından təzəcə qurtulmuş Azərbaycan xalqı bunu hamıdan gözəl anlayır. On illərlə sülh çağırışlarına məhəl qoymayan, haqsız olduğu üçün sərt şəkildə cəzalanan Ermənistanın üç ildir yenə sülh anlaşmasından qaçmasının, uzadılan barışıq əllərini havada saxlamasının əsas səbəbi məhz kapitulyant ölkənin başına gələndən nəticə çıxarmaması, dərs götürməməsidir. Müharibələrin təkrarlanmasının bir mühüm nədəni bu – tarixdən ibrət almamaq!
Digər səbəb savaşa, qan-qadaya kommersiya marağı prizmasından baxıb varlanmaq istəyən vicdansız, bəşəri simasını itirmiş çevrələrinin bitməyın iştahası, vəhşi təbiətidir. Necə ki, keçən ilin dekabrından Ermənistanda, bizimlə sərhəddə lövbər salmış Avropa Birliyinin agent-kəşfiyyatçılardan ibarət missiyası elə bu işlə məşğuldur: Azərbaycan tərəfdən hücum təhlükəsi imitasiyasını yaradıb erməni cəmiyyətini daim xofda saxlamaq, guya davakar dövlət kimi bizim sülhdə maraqlı olmamağımızı ona aşılamaq, yekun etibarilə Ermənistanda, bölgədə özünün ciddi hərbi varlığına nail olmaq.
Halbuki Azərbaycan ən yüksək səviyyədə və dəfələrlə bəyan edib ki, bizim Ermənistan adlı qədim Türk yurdunda gözümüz yoxdur, çünki ermənilərdən fərqli olaraq, beynəlxalq hüquqa, üzv olduğumuz BMT Nizamnaməsinə sayğılıyıq. Ta müstəqil olandan. Rəsmi Bakı artıq Zəngəzur dəhlizinin Azərbaycan üçün cəlbedici olmadığını da bəyan edib...
Amma kimə deyirsən? “Stəkanda fırtına” yaradan şarlatanlar və siyasi dələduzlar tutduqlarını buraxmır, Azərbaycandan “xortdan” düzəltmək cəhdlərini davam etdirirlər. Özü də sonuncular yalnız radikal-revanşist ermənilər deyil, həm də onların Qərbdəki havadarlarıdır, erməni lobbisinin çörəyini yeyən şərəfsiz Qərb mediası, üzdəniraq Qərb “beyin mərkəzləri”dir. Hansı ki, günü bu gün də Azərbaycanın guya Zəngəzur dəhlizini zorla açmaq üçün Ermənistana tezliklə hücum edəcəyi haqda feyk-faktlar əsasında fərziyyələr qurur, iki xalq arasında barışığı əngəlləyirlər.
O sırada Ermənistandakı kriminal “Qarabağ klanı” bağlı qüvvələr yaxa cırmaqdan yorulmur. Bəhanələr bitəndə isə o saat yenisini, hətta ən absurdunu belə uydururlar. Parlamentin müxalifətçi “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan kimi.
Bu zat görün nə çərənləyir. Sitat: “Sünikə (Qərbi Zəngəzur – red.) hücum etmək niyyətinin olmadığı barədə Bakının son bəyanatları əslində Azərbaycan təhlükəsini daha da artırır. Birinci ona görə ki, Azərbaycan bununla həmin istiqamətdə hücum üçün qəfillik faktorunu təmin etməyə çalışır (Yəni yayındırıcı manevr - red.). İkincisi, Azərbaycan yalnız Sünikin (Qərbi Zəngəzur – red.) bir hissəsində təcavüz etməyəcəyinə “təminat” verir, başqa bölgələrimizə yox. Bu da suallar doğurur”.
Nə deyəsən indi bu sırtıq daşnak itinə? Yəni kim nə çalsa, biz “Heyvagülü” oynayacağıq, eləmi? Di oynayın...
Əslində siyasi gündəmdə qalmaq üçün bu “alaq otları”nın erməni cəmiyyətinə verəcəyi heç bir abırlı təklifi, sözü yoxdur. Hər şey bitib. Erməni toplumu hələ 2020-ci il müharibəsindən az sonra onları çıxdaş edib – 2021-ci ilin yayında Nikol Paşinyanın partiyasını seçkilərdə ikinci dəfə qalib eləməklə.
Amma belə görünür, onlar başları üzülənə kimi hələ bir müddət biz tərəfə banlayıb zəhləmizi tökəcəklər. İllah da simvolu qırmızı quyruq xoruz olan Fransanın diktəsi ilə...скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL