Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Oktyabrın 31-də Azərbaycanda müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanıb. Bu barədə AzadlıqRadiosuna Arif Hacılı özü məlumat verib.
Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı 20 gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar saxlanıb: “Bu müddət ərzində müxtəlif mənbələrdən bizə gələn məlumata görə, həmin qəza zamanı digər maşında olan sürücünün xəsarət alması ilə əlaqədar sənədləşmə aparmaq cəhdləri olub, amma o müayinədən keçdikdən sonra heç bir xəsarəti olmadığı məlum olub. Həmin sürücü də Orxana qarşı hər hansı bir şikayətin olmadığını bildirib”.
Arif Hacılı qeyd edib ki, belə olan halda bu məsələ ilə əlaqədar təhqiqat qanuna görə bağlanmalıdır:
“Ancaq üzərindən 20 gün keçdikdən sonra birdən-birə oğlumu Yasamal Rayon Polis İdarəsinə dəvət ediblər. Orada bildiriblər ki, hansısa başqa bir şəxs maşınlar toqquşarkən oradan keçirmiş, o güya xəsarət alıb və şikayət edib”.
Müsavat Partiyası başqanın sözlərinə görə, yayılan video görüntülərdən də görünür ki, hadisə yerində başqa heç kim yoxdur:
“Əgər orada kimsə olsaydı ora gələnlər də onu görərdilər. Bu barədə mətbuata məlumat verənlər yəqin ki, orada kimsə xəsarət alsaydı, bu barədə informasiya yayardılar. Açıq aydın görünür ki, bu tamamilə uydurulmuş bir işdir və konkret olaraq burada siyasi məqsədin olduğu aydın şəkildə görünür”.
Arif Hacılı əlavə edib ki, oğlu 48 saatlıq şübhəli şəxs qismində saxlanıb.
Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Amma bütün bu deyilənlərlə bağlı qəzada digər maşında olan sürücü və başqa maraqlı tərəflərlə isə, hələlik, danışmaq mümkün olmayıb.
Oktyabrın 20-də bəzi yerli media və sosial şəbəkələrdə Bakının Yasamal rayonunda Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının da iştirakçısı olduğu bildirilən qəzanın görüntüsü yayılmışdı. Hadisənin isə oktyabrın 11-də baş verdiyi deyilir.
Azadlıq radiosu