Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Müsavat başqanının oğlu haqqında həbs qərarı çıxarıldı

Tarix:3-11-2023, 15:15 Baxış Sayı:167

Müsavat başqanının oğlu haqqında həbs qərarı çıxarıldı Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, iki gün öncə yol qəzasına görə saxlanılan Orxan Hacılı haqqında istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu qərarı noyabrın 2-də Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadə verib.
Hakim istintaq gedən dövrdə O.Hacılının həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edib. Bu barədə AzadlıqRadiosuna O.Hacılının vəkili Nemət Kərimli məlumat verib: “Müstəntiq dünəndən (noyabrın1-dən) həbs üçün vəsatət vermişdi. Prokurorun nə qərar verəcəyi qalmışdı. Bir gün yubadıldı. Noyabrın 2-də səhər Orxan Hacılı prokurorluğa gətirildi və qısa müddətdə həbs-qətimkan tədbiri üçün təqdimat verildi. Məhkəmə də təqdimatı təmin etdi”.
N.Kərimli qərarı əsassız və ədalətsiz saydığından apellyasiya şikayəti verəcəyini bildirib. Müdafiəçinin fikrincə, avtomaşınların toqquşduğu, qəsdən törədilməyən qəzaya görə şəxsin həbs olunması doğru deyil.

Müsavat başqanının oğlunun vəkili: ‘Orxan Hacılı özünü təqsirli bilmir’

Müsavat Partiyasının başqanı Arif Hacılının oğluna – oktyabrın 31-də şübhəli şəxs qismində saxlanılan Orxan Hacılıya iki maddə ilə ittiham verilib. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti qaydalarının pozulması – zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə suçlanır.
O.Hacılının vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, müvəkkili bu ittihamlarla razı deyil və özünü təqsirli bilmir.
Müsavat başqanının oğlu təxminən 20 gün öncə Yasamal rayonu, Hüseyn Cavid prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar saxlanılıb. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Görünür ki, O.Hacılının sürdüyü avtomobil manevr edərək sola dönən başqa bir avtomobilə çırpılıb və ardından zərbənin təsiri ilə yolun kənarında dayanmış başqa maşınlara dəyib.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL