Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Osman Nərimanoğlunun işi üzrə məhkəmə istintaqı əsassız olaraq uzadılır

Tarix:5-11-2023, 13:27 Baxış Sayı:194

Osman Nərimanoğlunun işi üzrə məhkəmə istintaqı əsassız olaraq uzadılır Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) məhkəməsi əsassız olaraq gecikir, onun xanımı Arzu Rzayeva bildirib. Onun sözlərinə görə, məhkəmə istintaqı artıq 16-cı aydır ki, davam edir.
Rzayevanın fikrincə, Roman Ələkbərlinin sədrliyilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin məhkəmə heyəti müxtəlif bəhanələrlə məhkəmə prosesini qəsdən təxirə salır.
Sonuncu dəfə məhkəmə iclası sentyabrın 7-də olub, məhkəmə mobil operatoruna sorğu göndərməyi  qərara alıb. Qanuna görə, məhkəmə sorğuları 30 gün ərzində təmin edilməlidir. Ancaq iki ay keçib, məhkəmə dinləmələri bərpa etmir.
Redaktorun xanımı hesab edir ki, məhkəmə prosesinin uzadılması Nərimanoğlunu mümkün qədər uzun müddət həbsdə saxlamaq və ona mənəvi təzyiq göstərmək üçün “sifarişdir”.
Öz növbəsində hüquq müdafiəçisi və vəkil Rəsul Cəfərov Turan-a bildirib ki, cinayət-prosessual qanunvericilikdə məhkəmə istintaqının son müddəti nəzərdə tutulmayıb.
Bir tərəfdən yazılıb ki, məhkəmə istintaqı “ağlabatan müddətdə” aparılmalıdır, digər tərəfdən qeyd olunub ki, o, “obyektiv və hərtərəfli” olmalıdır, ona görə də zamanla məhdudlaşmamalıdır. Lakin iş üzrə çoxlu müttəhimin, şahidin olduğu, müxtəlif ekspertizaların aparılmasına zərurət yarandığı vaxt məhkəmə istintaqının uzun müddət aparılması izahediləndir.
Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə zorla tələbetmə ittihamı ilə həbs edilib. Həbsdən sonra bildirib ki,  ittihamlar yalandır, Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurları  və həkimlərin korrupsiya əməlləri barədə material dərc etdiyinə görə onlar tərəfindən şərlənib.
“Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq onu siyasi məhbus kimi tanıyıb. скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL