Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Hakimiyyət referendumu ertələyirmi?

Tarix:8-11-2023, 18:32 Baxış Sayı:190

Hakimiyyət referendumu ertələyirmi? Geosiyasi fırtınada hansı çətirin altına girəcəklər?
Aqil Məhərrəmli
Bu ilin iyununda Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50 faiz artırılması da var idi. Hökumət mediası, deputatlar referendum seçkilərinin anonsunu verməyə başlamışdı.
Elə ötən ay Milli Məclisin deputatı Zahid Oruc da konstitusiyada bir çox ciddi dəyişikliklərin edilməsi ilə bağlı yazı yazmışdı.
Referendumda proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi, həmçinin Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunun ləğvi, Naxçıvana da ölkədə tətbiq ediləcək yeni inzibati idarəçilik mexanizminin şamil edilməsi kimi məsələlərin nəzərdə tutulduğu deyilirdi.
Bəs, Referendumu və onun gətirəcəyi bəzi yenilikləri şərtləndirən əsas amillər nə idi?
Dünya dəyişir. Daha əvvəlki qaydalarla işləmək çətindir. Hansı qapını döyürsən, islahat tələb edirlər. Kredit istəyirsən, islahat tələb edirlər. Əslində hakimiyyətin iki yolu var. Ya yavaş-yavaş islahat yolu seçib qərbə tərəf getmək, ya da idarəetməni daha da sərtləşdirib, belə davam edə bildiyi qədər davam etmək. Bir müddət düşündülər ki, torpaqları qaytarmışıq, (hələ aniterror əmliyyatından öncə) Rusiyanın da vəziyyəti bilinmir, yavaş-yavaş bəzi addımlar atmağa başlayaq.
Post- Rusiya dövrünə hazırlaşmaq haqqında düşünmək zamanı gəlmişdi. Çünki Strateji Tərəfdaşlıq sazişi ilə bağlı da öhdəliklər yerinə yetirilməlidir. Ölkə ixracının böyük hissəsi Avropa İttifaqının payına düşür. Sülh prosesindən sonra bu tələblər uzun müddətə gözardı edilə bilməzdi.
Plan niyə dəyişdi?
Nəzər alaq ki, ilin sonuna 2 aydan az vaxt qalıb. 2023-cü il başa çatır. Məntiqlə qalan müddətdə seçki keçirmək mümkün deyil. Zaman azdır. Amma yenə də biz “pir”imizin kəramətinə şəkk etməyək. Gələn il isə 2 seçki olacağı dəqiqləşib. Parlament və Bələdiyyə seçkiləri. Deyəsən evdəki hesabla bazardakı hesab üst-üstə düşməyib. Ərazi bütövlüyünün təmin olunmasından sonra insanların reaksiyası gözlənilən kimi olmadı. Hakimiyyətin hesablamasının çox altında qaldı. Təbii ki, hər kəs ərazilərimizin işğaldan azad olunmasına sevindi. Sosial vəziyyətin ağırlığı, daha əvvəl işğaldan azad edilən torpaqlara gedə bilməmək, bərpa adı altında silinən milyardalar insanlarda əlavə suallar yaratdı. Bu və digər səbəblərdən hakimiyyət planladığı ciddi reytinq artımına tam çata bilmədi. Zatən belə rejimlərdə reytinq qazanılanda da müvəqqəti olur. Hakimiyyətin başlatdığı “torpaqlar alındı, müxalifət nəyə lazımdır?” kampaniyası da ironiya ilə qarşılandı və beşikdəcə boğuldu. Nəticə olaraq qələbə heç də planlandığı kimi siyasi rahatlıq gətirmədi.
Digər tərəfdən Rusiya Ukrayna müharibəsində Ukraynanın yayda planlaşdırılan əks hücumlarının gözlənilən kimi alınmaması, Rusiyaya və onun müttəfiqlərinə bir az zaman və bəzi məsələlərdə tələsməmək üçün əlavə vaxt qazandırdı. Hətta bu vəziyyət Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə də təsir etdi. Orada da prosesin uzadılması üçün hər şey edilir. Vəziyyət belə olan halda da hakimiyyət bəzi addımları ertələmək qərarı almaq barədə düşünür. Yaxşı başa düşürlər ki, qurulmuş piramidanı çox tərpətmək olmaz. Düşünürlər ki, əgər çox ciddi tələb yoxdursa, referendum keçirib seçki sistemini və digər nəzərdə tutulan dəyişikliklərə niyə gedək ki?
Yaxın Şərqdə baş verənlər də qərarlara təsirsiz ötüşmür. Bir tərəfdə İsrail, digər tərəfdə Rusiya və dostlarının dəstəklədiyi Fələstin. Fələstin-İsrail savaşı elə Rusiyanın dostları ilə Rusiyanın düşmənləri arasında gedir. Rusiyanın müttəfiqisənsə, deməli onun düşmənləri ən azından bu prosesdə sənin dostun deyil. Yaxın Şərqdəki vəziyyət əslində dünya ölkələrinin yenidən dizayn edilməsini əngəlləmək üçündür. Bu əngəlləmədə əsas maraqlı tərəf Rusiya, İran, Çin kimi böyük ölkələrdir. Azərbaycan hakimiyyəti də maraqlıdır ki, dünya indiki kimi qalsın. Yenilənməyə dirəniş göstərənlər olsun ki, onun çətiri altında manevr imkanları diri qalsın. Bir sözlə, Yaxın Şərqdəki vəziyyət də dayanıb düşünmək üçün əlavə vaxt qazandıra bilər. Odur ki, hakimiyyətə tələsməmək üçün daha bir səbəb yaranıb.
Digər tərəfdən ABŞ-də gələn il prezident seçkiləri keçiriləcək. Ukraynada və Yaxın Şərqdə prosesin hazırki səviyyəsi Rusiya və müttəfiqlərinin ümidlərini artırıb. Hər şey həm də ABŞ-daki seçkilər üçündür. Keçirilən sorğular da bəzən könüllərinə su səpir. Qalır 2024-cü ildə Ukrayna cəbhəsində Rusiya və müttəfiqlərinin güclü dirəniş göstərməsi. Azərbaycan hakimiyyəti “alınar alınar, alınmasa da bir şey düşünərik” düşüncəsi ilə hərəkət edir. Planları “nəsə bir balaca islahata bənzər bir şey edəcəyiksə, onu da o zaman düşünərik” formasındadır. Hələlik nə bacarırlarsa bütün qapıları, nəfəslikləri bağlamaq haqqında düşünürlər. Belə gedərmi, ümumiyyətlə belə nə qədər davam edər, onu geosiyasi vəziyyətin irəlidəki şəkillənməsi göstərəcək.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL