Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Qubad İbadoğlu ayaqlarının ağrısından yata bilmir

Tarix:17-11-2023, 13:11 Baxış Sayı:106

Qubad İbadoğlu ayaqlarının ağrısından yata bilmir Noyabrın 16-da Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, professor Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı yeni məlumat yayıb. Qardaşının sözlərinə görə, professor gecə ayaqlarının ağrısından yata bilmir, gün ərzində xroniki yorğunluq və halsızlıqdan əziyyət çəkir.”Bel-oma nahiyyəsindəki problem (protruziya, fəqərəarası dəliklərin daralması, degenerasiya, sinir qıcıqlanması, osteofit və sair) o qədər kəskinləşib ki, hərəkət qabiliyyəti hər gün bir az da məhdudlaşır. İnsulinin tətbiqindən sonra onun yan təsirləri müşahidə edilməkdədir, ürək döyüntüləri 115-120 arası olur. Bu da aortanın anevrizması xəstəliyi kimi ciddi ürək problemi olan qardaşım üçün çox təhlükəlidir”.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qalib Toğrul bildirib ki, 20 günə yaxındır ki, qardaşı Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə nevroloq (və ya nevropatoloq) və endokrinoloq müayinəsinin keçirilməsi üçün müraciət edib.”Ancaq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkim müayinəsini təmin etmir, əvəzində göndərdiyimiz sorğulara imtina cavabları verməklə məşğuldur”, deyə o qeyd edib.Noyabrın 16-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qubad İbadoğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay da uzadılıb.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Amerikanın səsiскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL