18-11-2023, 18:53- Qubad İbadoğlu: ‘Akif Çovdarovun, Eldar Həsənovun aqibətindən nəticə çıxarın…’
18-11-2023, 18:53- Qubad İbadoğlu: ‘Akif Çovdarovun, Eldar Həsənovun aqibətindən nəticə çıxarın…’
17-11-2023, 17:31- Qırğızıstan niqabı, uzun saqqalı yasaqlamaq istəyir
17-11-2023, 17:01- İranda tanınmış vəkil həbsxanadan buraxıldı, hicabsız fotosu paylaşıldı
17-11-2023, 16:21- Bayden: “Məsuliyyətli ABŞ-Çin münasibətləri bütün dünya üçün vacibdir”
17-11-2023, 15:49- Zaxarova Qərbi Ermənistanı Moskvadan qoparmağa çalışmaqda suçlayır
17-11-2023, 13:11- Qubad İbadoğlu ayaqlarının ağrısından yata bilmir
16-11-2023, 15:08- ABŞ Konqresində Qarabağla bağlı dinləmə keçirildi
16-11-2023, 13:57- Rusiyada polis ad günü keçirən 50 azərbaycanlıya orduya çağırış vərəqələri verib
15-11-2023, 18:56- İranda 45 ildən çox həbsə məhkum edilmiş fəala yeni cəza kəsilib
15-11-2023, 14:45- Rusiya Yakutiyanın müharibəyə hər həftə 500 nəfər göndərməsini istəyir
14-11-2023, 16:51- Məhkəmə Qubad İbadoğlunun vəkillərinin şikayətini təmin etməyib
8-11-2023, 19:02- “Hərbi qulluqçularımızın xeyli hissəsi kreditə girmiş şəxslərdir”
8-11-2023, 18:32- Hakimiyyət referendumu ertələyirmi?
8-11-2023, 15:40- Dövlət Departamentindən Qarabağı unutmadıqlarını bildirirlər
7-11-2023, 16:34- Rusiya Liviyada hərbi baza qurmaq istəyir
5-11-2023, 13:33- Ombudsman
5-11-2023, 13:32- Keçmiş MTN generalı haqqında yeni qərar: 106 min dollar da təzminat ödəməlidir
5-11-2023, 13:31- Pakistan 1 milyondan çox əfqanın deportasiyasına başlayıb
5-11-2023, 13:30- Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilən alim Fazil Qasımovun həbsdə saxlanma müddəti uzadılıb. İstintaq dövründə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb. Buna noyabrın 17-də Nərimanov rayon Məhkəməsində qərar verilib.
Müstəntiq məhkəmədə deyib ki, F.Qasımovun işi üzrə araşdırmalar hələ davam edir, bundan sonra da aparılası bir sıra istintaq hərəkətləri var. O vurğulayıb ki, istintaq gedən dövrdə F.Qasımovun həbsdə saxlanması məqsədəuyğundur. Bu üzdən prokuror həbs-qətimkan tədbirinin daha 3 ay uzadılmasına təqdimat verib.
Təqsirləndirilən alim və vəkili prokurorun təqdimatına etiraz ediblər. Onlar bildiriblər ki, həbsdə saxlanmadan da istintaq davam edə bilər.
Amma hakim Gültəkin Əsədova təqdimatı təmin edərək F.Qasımov haqqında həbs-qətimkan tədbirini gələn ilin fevralınadək uzadıb.
Məhkəmədə çıxış edən Q.İbadoğlu 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Eldar Həsənovun, keçmiş MTN generalı Akif Çovdarovun aqibətini yada salıb: “Hətta hörümçək tor düzəldəndə belə, ora kimin düşəcəyini bilmir. Vaxt vardı, Eldar Həsənovun, Akif Çovdarovun, Hacı Məmmədovun sözünün qarşısında söz deyən yox idi. Amma görün ki, aqibətləri necə oldu! Nəticə çıxarın…”.
Təqsirləndirilən professor vurğulayıb ki, Amerika, Britaniya universitetlərində dərs deyərkən bu dövlətlərin vətəndaşı olmaq imkanı vardı, ancaq bunu istəməyib, Azərbaycan vətəndaşı olmağı üstün tutub: “Mən yaxşı vətəndaşam. Amerikada, İngiltərədə işləmişəm. Orada qalıb, o dövlətlərin vətəndaşı ola bilərdim. Amma mən öz ölkəmin vətəndaşı olmaq istəyirəm. Orada ikili vətəndaşlıqla da yaşaya bilərdim. Mən hesab edirəm ki, iki ölkənin vətəndaşı olmaqdansa, öz ölkənin yaxşı vətəndaşı olmalısan”.
Azadlıq radiosu