Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
ABŞ çərşənbə axşamı bir daha Azərbaycan hökumətini ölkədəki hüquq və azadlıqlara hörmət etməyə çağırıb, çünki Bakıda hakimiyyət orqanları “AbzasMedia” müstəqil xəbər agentliyi ilə əlaqəsi olan daha bir neçə jurnalisti həbs edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller: “Üç jurnalistin: Ülvi Həsənlinin, həmçinin onun həbsdə olarkən fiziki zorakılığa məruz qalması; Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Maqomed Kekalovun həbsi ilə bağlı xəbərlərdən dərindən narahatıq”. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller TURANa bildirib.
“Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırırıq”, – Miller əlavə edib.
TURANın daha əvvəl xəbər verdiyi kimi, çərşənbə axşamı Bakı şəhər Xətai Rayon Məhkəməsi Həsənli və Vaqifqızının ölkəyə “qanunsuz” pul gətirməkdə təqsirli bilinərək 4 ay müddətinə həbsdə qalması barədə qərar çıxarıb. Günahları sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nyu-Yorkda yerləşən Mətbuat Azadlığı və Jurnalistləri Müdafiə üzrə Qlobal Müşahidə Komitəsinə görə, Kekalovun harada olduğu çərşənbə axşamı axşam saatlarına kimi naməlum olaraq qalır. Repressiya qorxusunu əsas gətirərək özünü təqdim etməyən bir mənbə bildirib ki, mülki geyimli şəxslər Kekalovu bazar ertəsi Bakıdakı evindən notbuku və mobil telefonu ilə birlikdə aparıblar.
“Abzas Media” 2014-cü ildən bəri müstəqil media və mətbuat azadlığı qruplarına qarşı silsilə reydlər, həbslər və cinayət araşdırmalarından sonra Azərbaycanda qalan azsaylı müstəqil nəşrlərdən biridir.
Siyasi korrupsiyanı araşdıran jurnalistlərin sonuncu həbsi Azərbaycanda yüksək səviyyəli korrupsiyanı ifşa etdiyinə görə qisas məqsədilə iyul ayından qondarma ittihamlarla həbsdə olan iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra baş verib.
Turan