29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda Marriott Absheron otelində keçirilməsi planlaşdırılan təntənəli görüşü təxirə salıb.
Bu, Baku TV və “Qafqazinfo” resurslarında səfirliyin “casus şəbəkəsi” və “ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş” şəxslərlə görüş təşkil etməsi barədə xəbərlərdən sonra baş verib.
Bu ittihamlara və görüşə münasibət bildirən ABŞ-ın Bakıdakı səfirliyi Turan agentiyinin sorgusuna belə cavab verib:
“Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış məzunlardan ibarət Azərbaycan icmasının nailiyyətlərini və onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi. Bu yubileylər səfirliyin illik məzunlar tədbirini bu il daha da xüsusi edib. Tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi.
Tezliklə yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik”, səfirliyin cavabında deyilir.
Qeyd edək ki, ABŞ-da təhsil almış və almaqda olanların bir çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə ora gediblər. Bir neçə il əvvəl gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi ilə bağlı dövlət proqramı yaradılmışdı.
Qeyd edək ki, ABŞ-ın qabaqcıl təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı da ilbəil artmaqdadır.
ABŞ-ın Azərbaycandakı səfirliyi bu il noyabrın 13-də bildirib ki, 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-da təhsil alır. Bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.
Bundan öncə isə ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, 2020-ci illə müqayisədə otuz faizdən çox artdığını xatrıladıb.
Azərbaycanda bir sıra media orqanlarında Avropa və ABŞ-ın əleyhinə təhdidedici yazıların dərc edilməsi, ABŞ-da təhsil alanların “ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsi”, “məxfi əməkdaşlığa cəlb edilmiş”ər kimi xarakterizə edilməsi ölkənin Avropaya inteqrasiyasını dəstəkləyən siyasi partiyalar tərəfindən tənqidlə qarşılanıb.
Respublikaçı Alternativ-REAL Partiyasının siyasi komitəsinin sədri İlqar Məmmədov bildirib ki, bu gün 26 noyabrda baş verən hadisənin Azərbaycan iqtisadiyyatına mənfi təsiri hələ onilliklər davam edəcək.
“Hökumət ABŞ-da təhsil almış azərbaycanlıları Amerika casus şəbəkəsinin hissəsi elan etdi və onların sabahkı məzun toplantısının hüquq-mühafizə orqanları tərəfindən yaxından izlənəcəyini bildirdi. Siyasəti əməliyyatçılara tapşıranda belə də olmalı idi. Bundan sonra tək ABŞ-da yox, ümumiyyətlə xaricdə təhsil almış xeyli sayda azərbaycanlı əsassız şübhə obyekti olmaq qorxusundan daha geri qayıtmayacaq, burada olanlar isə ölkədən həmişəlik getməyin yollarını axtarmağa başlayacaq. Iqtisadiyyata dəyən ziyan zərər milyardlarla ölçüləcək. İqtisadiyyatımızın gələcəyi onsuz da qaranlıq göründüyü bir vaxtda, ona belə bir zərbənin vurulması yolverilməzdir”, Məmmədov Teleqram kanalında yazıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Azərbaycan Qərbə inteqrasiyadan üz döndərərək Orta Asiya respublikalarının idarəetmə sisteminə yaxınlaşır.
“İlham Əliyev Azərbaycanı Orta Asiya respublikalarından birinə çevirmək istəyir. Baxmayaraq ki, Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Cənubi Qafqaz müstəqillik illərində siyasi baxımdan hər zaman Avropanın bir hissəsi sayılıb, indi İlham Əliyev bizi Cənubi Qafqaz siyasi məkanından qoparıb, Azərbaycandan zorla Mərkəzi Asiya dövləti düzəltmək istəyir. Son vaxtlar güclənmiş anti-ABŞ, anti-Avropa ritorikasının da, Rusiyaya bu qədər yaxınlaşmanın da, ölkədəki repressiyaların artmasının da əsas məqsədi aydınlaşdı. Rejim ölkəmizi Orta Asiya standartlarına uyğunlaşdırır və bu İlham Əliyevin hazırkı mərhələdə özünün seçimidir. Macarıstan Baş naziri Orbanla Bakıdakı görüşündə İlham Əliyev axır ki, nə etmək, nə demək istədiyini açıq ifadə edib. İlham Əliyev deyib ki, “siyasi, iqtisadi və geosiyasi baxımdan Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid məkandadırlar”.
İlham Əliyevin xarici siyasətini xüsusi şövqlə mədh edən “ziyalılar”, “ekspertlər”, “müxalifətçilər”, bu xalqa izahat verin, budurmu sizin tərifli xarici siyasətiniz? Gerçəkdənmi Azərbaycanı Mərkəzi Asiya dövləti kimi görmək istəyirdiniz, yoxsa komfortlu yaşayış arzusu, iradəsizlik sizi bu anti-milli siyasətə alət etdi? Bəs Qurucu babalarımızın 105 il öncədən başlatdığı müasirləşmək, avropalaşmaq, inkişafın üst səviyyəsinə qalxmaq siyasəti necə olsun? Bəs xalqımızın böyük əksəriyyətinin Azərbaycanı demokratik dünyanın bir parçası görmək arzusu necə olsun?” o, Facebook səhifəsində yazıb.
Amerikanın səsi