Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Amerikalı rəsmi Əliyev ilə görüşü ‘konstruktiv’ adlandırıb

Tarix:6-12-2023, 10:08 Baxış Sayı:213

Amerikalı rəsmi Əliyev ilə görüşü ‘konstruktiv’ adlandırıb ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra X platformasında yazdığı postda bu görüşü “ABŞ-Azərbaycan arasında münasibətlərin gələcəyinə dair ilk konstruktiv söhbət” adlandırıb.
O yazıb ki, “regionda davamlı, ləyaqətli sülhün bərqərar edilməsi tarixi imkanlar açacaq”.

ABŞ danışıqların Vaşinqtonda davam etdirilməsinə hazırdır

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev də ölkəsinin regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatandan, Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqları nəzərə alaraq bu prosesə öz töhfəsini verə bilər.
Məlumata görə, Ceyms O’Brayen də, öz növbəsində, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.
“Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi” – məlumatda bildirilir.

O’Brayenin Azərbaycana səfəri nələri dəyişə bilər?

Son aylar ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə edilir. Bu gərginlik O’Brayenin noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində səsləndirdiyi bəzi fikirlərdən sonra daha çox müşahidə edildi. O’Brayen dinləmələrdə demişdi ki, Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Bundan sonra da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə keçirilməsi təklif olunan görüşlərdən imtina etdiklərini açıqladı.

ABŞ: “Maraqlarımıza zidd olardı”

O’Brayenin Bakıya səfərini şərh edən Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) “Turan”a bildirib ki, Azərbaycanla əlaqələri davam etdirmək fikrində olmadıqlarını heç vaxt deməyiblər: “Bu, bizim maraqlarımıza zidd olardı. Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı”.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL