Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

AXCP qurultayı siyasi məhbuslara azadlıq tələb edən bəyanat qəbul edib

Tarix:19-12-2023, 11:52 Baxış Sayı:180

AXCP qurultayı siyasi məhbuslara azadlıq tələb edən bəyanat qəbul edib “Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) başda Tofiq Yaqublu və Qubad İbadoğlu olmaqla, bütün siyasi məhbusların azad olunmasını hakimiyyətdən tələb edir. AXCP ölkənin fəal ictimaiyyətini siyasi məhbusları daha kütləviliklə və qətiyyətlə müdafiə etməyə, onlara azadlıq tələbini daha ucadan səsləndirməyə çağırır. AXCP həmçinin beynəlxalq birliyi Azərbaycanda siyasi məhbusların azadlığına nail olmaq üçün İlham Əliyev hakimiyyəti ilə daha sərt danışmağa, ünvanlı sanksiyalar da daxil olmaqla, bütün təsirli təzyiq vasitələrini işə salmağa səsləyir”.
Bu barədə AXCP-nin dekabrın 16-da keçirlən qurultayının “Tofiq Yaqublunun həbsi və ölkədə tüğyan edən repressiyalarla bağlı” bəyanatında deyilir.
AXCP hesab edir ki, İlham Əliyev 7 fevral 2024-cü ilə təyin etdiyi “seçki tamaşasına müxalifətin və öz tənqidçilərinin mövqelərini bacardığı qədər zəiflətməklə” getmək istəyir.
Ölkədə son aylarda yenidən vüsət alan repressiyanın bir səbəbi də budur”, sənəddə qeyd edilir.
AXCP 10 fəalının hazırda siyasi məhbus həyatı yaşadığını xatırladır. Bəyanatda həmçinin son həbslərə toxunulur.
“Tofiq Yaqublunun həbsindən bir az əvvəl “Abzas Media” müstəqil internet nəşrinə qarşı əməliyyat həyata keçirilib, onun direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da daxil olmaqla, 6 əməkdaşı həbs edilib. Ardınca daha 2 nəfər müstəqil media işçisi – Əziz Orucov və Teymur Kərimov həbs olunub. 2023-cü ilin iyul ayında isə tanınmış iqtisadçı alim, ADR hərəkatının sədri Qubad ibadoğlu həbs edilib”, sənəddə qeyd edilir.
AXCP hesab edir ki, Azərbaycan hakimiyyəti yerli ictimaiyyətin və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, siyasi məhbusları azad etmir, əksinə yeni həbslərlə onların sayını artırır.
“Siyasi həbslər İlham Əliyev idarəçiliyinin əsas alətinə çevrilib”, AXCP qurultayının bəyanatında qeyd edilir.
Xatırladaq ki, son günlər ölkədə 8 jurnalist həbs edilib. Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda siyasi iddialarla iki yüzdən çox insan həbsdədir.
Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Bununla yanaşı, rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL