Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Almaniyadan deportasiya edilən siyasi fəala 6 il 6 ay həbs cəzası kəsildi

Tarix:19-12-2023, 16:04 Baxış Sayı:206

Almaniyadan deportasiya edilən siyasi fəala 6 il 6 ay həbs cəzası kəsildi Almaniyadan deportasiya olunub Bakıya göndəriləndən az sonra burada həbs edilən siyasi fəal Samir Aşurova 6 il 6 ay həbs cəzası kəsilib. Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hökmdə iddia olunur ki, S.Aşurov ötən ilin aprelində metronun “Neftçilər” stansiyasının yaxınlığında Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirdiyindən, qəsdən bədənə ağır xəsarət yetirmə, xuliqanlıq kimi əməllərdə təqsirli sayılıb.
Hökmdən öncə son sözünü deyən S.Aşurov belə bir cinayətin heç baş vermədiyini deyib:
“Cənab hakim, siz özünüz də yaxşı bilirsiniz ki, mən bu cinayəti törətməmişəm. Mövcud olmayan cinayətdə ittiham edilirəm”.
Siyasi fəalın sözlərinə görə, daha öncə də polisə müqavimət və narkotik ittihamıyla şərlənib həbs olunduğundan və təqiblər üzündən 2018-ci ildə ailəsiylə birlikdə Almaniyaya getmişdi.
O vurğulayıb ki, şərlənib həbs olunmasının səbəbi Almaniyada olduğu dövrdə orada Azərbaycanda insan haqlarıyla bağlı etiraz aksiyalarına qatılması, sosial şəbəkələrdəki tənqidləridir:
“Orada olduğum müddətdə də siyasi fəallığımı dayandırmadım, amma siyasi mübarizəmdə, tənqidlərimdə heç vaxt qırmızı xətti keçməmişəm. Deportasiya olunandan dərhal sonra Baş Prokurorluğa çağırdılar. Məndən əvvəl Almaniyadan deportasiya olunan siyasi fəallardan 4 nəfər narkotiklə şərlənmişdi. Mən də həbs olunacağımı gözləyirdim…”.
Hadisə gününə gəlincə, S.Aşurov bildirib ki, evinə getdiyi vaxt qarşıdan gələn bir nəfərin hücumuna məruz qalıb. Təxribat olduğunu anlayanda qaçmaq istəyib. Bu zaman onu ətrafdakı polislər saxlayıb:
“Məni saxlayanda cibimə bıçaq qoydular. Götürüb atdım kənara, ağaclar olan yerə. Tapıb gətirdilər, şalvarımın cibinə qoydular. Apardılar məni 24-cü bölməyə. Bu xalqın azadlığı uğrunda mübarizəmdə üçüncü dəfədir şərlənirəm. Buna görə fəxr edirəm…”
Hökmdən sonra siyasi fəalın vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti verəcək.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL