Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Nyu Cersi Qubad İbadoğlunun həbsi ilə əlaqədar Azərbaycana qarşı sanksiyalar tətbiq edən ilk Amerika ştatı olacaq

Tarix:19-12-2023, 14:54 Baxış Sayı:255

Nyu Cersi Qubad İbadoğlunun həbsi ilə əlaqədar Azərbaycana qarşı sanksiyalar tətbiq edən ilk Amerika ştatı olacaq Amerikanın Nyu Cersi  ştatının demokrat senatoru Endryu Tsviker noyabrın 30-da insan hüquqlarının pozulmasına və ilk növbədə məşhur iqtisadçı alim Qubad İbadoğlunun həbsinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb.
Qanun layihəsi artıq Ştatın Senat komissiyasının təqviminə salınıb. 
Qanun layihəsində deyilir ki, Nyu Cersi ştatı Azərbaycanda həbs edilmiş doktor Qubad İbadoğlunun vəziyyətindən və hüquqlarından “həddindən artıq narahatdır”. 
“Cənab Qubadoğlu yaxşı idarəçiliyi və dövlətin maliyyə vəsaitlərinin şəffaflığını təşviq edən hörmətli iqtisadçıdır. O, bütün dünya ilə təcrübəsini bölüşüb və Avropa və ABŞ-da müxtəlif ali təhsil müəssisələri, o cümlədən Rutgers, Nyu Cersi Dövlət Universiteti və Prinston Universiteti ilə əlaqəsi olub. Elmi fəaliyyəti ilə yanaşı, doktor İbadoğlu Azərbaycan hökumətini tənqid edən görkəmli siyasi fəaldır”, deyə sənəddə bildirilir. 
Hakimiyyət İbadoğlunu 2023-cü ilin iyulunda saxta pul hazırlama, əldə etmə və ya satma ittihamı ilə həbs edilib. İbadoğlunun həbsi “Azərbaycanda çoxdan mövcud olan hökumətin tənqidçilərinə qarşı saxta ittihamlar irəli sürülməsi tendensiyasını, demokratik söz azadlığı prinsipinə zidd olan tendensiyanı davam etdirib”. 
“Nyu Cersinin qanununun insan hüquqlarının pozulduğu digər ölkələrlə hökumət münasibətlərini qadağan etdiyini nəzərə alaraq, Azərbaycana qarşı da eyni siyasəti yürütmək ştatın maraqlarına uyğundur”, deyə qanun layihəsində bildirilir. 
Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.
Azərbaycanda və ya Azərbaycanla işləyənlər Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək və onun Nyu Cersi ştatında aşağıdakı fəaliyyətləri qadağan ediləcək:
— dövlət orqanları ilə müqavilə bağlamaq;
— ictimai işlər üçün hüquqa malik olmaq;
— iqtisadi inkişaf üçün subsidiyalar almaq;
— əmlak üçün bələdiyyə vergisində imtiyazlar əldə etmək; 
— vergilərdən azad edilmək üçün ərizə vermək və arayış almaq;
— şəhərlərin abadlaşdırılması işləri üçün sertifikata malik olmaq;
Bundan başqa, qanun layihəsi dövlətin Azərbaycan hökumətinin sərmayəyə malik olduğu şirkətlərə pensiya fondu investisiya etməyi qadağan edir.
O, həmçinin dövlətin və onun bölmələrinin Azərbaycan hökuməti ilə səhmdar əlaqələri olan maliyyə müəssisələri ilə bank əməliyyatları həyata keçirməsini, sərmayədə səhm, borc öhdəliyi və ya digər investisiyalara malik olmağı  onlara verilmiş sığorta ödənişini dəstəkləməyi qadağan edir.
Qeyd edək ki, Nyu Cersinin sıx məskunlaşmış Nyuark şəhəri uzun müddət Azərbaycanın ikinci şəhəri olan Gəncə ilə qardaşlaşmış şəhər olub.
Turanскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL