Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı onu gözdən salan məlumatları dərc edən KİV-i məhkəməyə verəcək.
Xatırladaq ki, yanvarın 9-da jurnalist bəyanat yayaraq bu məlumatların təkzib edilməsini tələb edib və xəbərdarlıq edib ki, əgər bir həftə ərzində bunu etməsələr, həmin KİV-ə qarşı diffamasiya üzrə iddia qaldıracaq.
Babalı yeni bəyanatında qeyd edir ki, onun təkzib tələbi təmin olunmayıb və o, təkzib və mənəvi ziyana görə təzminat tələbilə həmin KİV-in barəsində mülki iddialar qaldıracaq.
Bundan öncə jurnalist qeyd edib ki, onu ləkələyən materiallar qafqazinfo.az ikisahil.az saytlarında, ATV telekanalı və digər KİV-də yayımlanıb.
Həmin KİV bildirib ki, Babalı “qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə yaradıb, onların tapşırığı ilə araşdırmalar aparıb, məqalələr hazırlayıb”. Eyni zamanda, bir neçə Amerika və Avropa təşkilatının adı çəkilib.
Babalı bildirib ki, sözügedən xarici qurumlarla birbaşa və ya dolayısı ilə əlaqəsi olmayıb. O, beynəlxalq və yerli təşkilatlardan və ya özəl şəxslərdən göstəriş almayıb, “sifarişli” araşdırmalar aparmayıb. Ona qarşı heç bir jurnalist araşdırması üzrə məhkəmə iddiası qaldırılmayıb, heç kim ondan araşdırmalarının heç biriylə bağlı təkzib verilməsini tələb etməyib.
*Dekabrın 13-də Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media işi” üzrə cəlb edilib.
Beynəlxalq təşkilatlar Hafiz Babalanın həbsini pisləyiblər və onun azadlığa buraxılmasına çağırıblar.
Turan