Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

Tarix:2-02-2024, 09:58 Baxış Sayı:1 054

ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı Aralıq hesabatını (29 dekabr 2023 –19 yanvar 2024) açıqlayıb.
“Bir müddət əvvəl Seçki Məcəlləsinə bir sıra texniki dəyişikliklər edilib. Bununla belə, düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etməyib və əvvəllər müşahidə olunmuş çatışmazlıqları aradan qaldırmayıb”, – sənəddə bildirilir.

“COVID-19 pandemiyası və Ukraynadakı müharibə…”

Hesabatda vurğulanır ki, Mərkəzi Seçki Komissiyası (MSK) 6 milyon 320 min 500 seçicinin qeydə alındığını bəyan edib. Bu, 2020-ci ildə keçirilən ən son ümummilli seçkilərlə müqayisədə bir milyondan çox seçici artımını əks etdirir: “Bunu da MSK COVID-19 pandemiyası və Ukraynadakı müharibədən sonra vətəndaş axını ilə əlaqələndirir”.
Sənəddə xatırlanır ki, MSK namizədlərin irəli sürülməsi ilə bağlı 17 müraciət qəbul edib və onların hamısını təsdiqləyib: “Namizədlərin heç biri qadın deyildi. Təyin olunan müddətdə yeddi namizəd qeydə alınıb. Qalan 10-u isə tələb olunan 40 min imza ilə imza vərəqələrini geri qaytarmayıb. Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib”.

“Çoxsaylı saxlanma, həbslər baş verib”

SMM hesabatında son aylar bəzi jurnalistlərin həbsinə də toxunulur: “Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma, həbslər baş verib. Bunların da bir qismi hazırki hesabat dövrünə təsadüf edib. Bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması bir sıra DTİHB SMM həmsöhbətlərində narahatlıq doğurur”.
Hesabata, hələlik, MSK, namizədlər və başqa maraqlı tərəflərin münasibəti açıqlanmayıb. Amma istər MSK rəhbərliyi, istərsə də rəsmi şəxslər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə azad və ədaləti seçkilər üçün bütün imkanlar yaradılıb.
Azadlıq radiosuскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL