Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Almaniya səfiri Azərbaycan XİN-ə çağrılıb

Tarix:1-04-2025, 18:43 Baxış Sayı:136

Almaniya səfiri Azərbaycan XİN-ə çağrılıb

 Çap edin
Martın 31-də Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-in məlumatına görə, görüş zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin bayrağını paylaşdığına görə "kəskin" etiraz bildirilib. Açıqlamada bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı paylaşım kimi dəyərləndirilib: "Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb".
Artıq bu paylaşım Almaniya prezidentinin sosial media səhifələrində görünmür.
+++
AZƏRTAC-ın məlumatına görə, məsələ ilə bağlı artıq Almaniya Prezidenti Administrasiyasının rəhbəri, dövlət katibi Dörte Dinqer Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə məktub yazaraq üzrxahlığını bildirib.
"Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir", - o qeyd edib.
 

Almaniya prezidenti Bakı və Yerevanı sülh sazişini imzalamağa çağırıb

Yerevanda səfərdə olan Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib ki, həm onun ölkəsi, həm də Avropa Cənubi Qafqazda stabillikdə maraqlıdır.
Ştaynmayerin martın 30-da Cənubi Qafqaza səfəri başlayıb. Almaniya Prezident Ofisinin verdiyi məlumata görə, aprelin 2-dək davam edəcək səfər çərçivəsində o, əvvəlcə Yerevanda görüşlər keçirəcək, daha sonra Bakıya gələcək. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb.
Yerevanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə keçirdiyi mətbuat konfransı zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı "təsiredici" adlandıran Almaniya dövlət başçısı bildirib ki, bu saziş regionda uzunmüddətli sülhə yol aça bilər.
"Hər iki tərəfin bu əlverişli məqamdan Cənubi Qafqazda uzunmüddətli və sabit sülhün bərqərar olması üçün istifadə etməsi arzuolunandır", - deyən Ştaynmayer Bakıdakı görüş zamanı da bu məsələni müzakirə edəcəyini bildirib.Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Onda Qarabağdan Ermənistana erməni əhalinin köçü baş verdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL