Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

İqtidar və müxalifətin müharibə ritorikasına münasibətləri

Tarix:2-04-2025, 17:59 Baxış Sayı:146

İqtidar və müxalifətin müharibə ritorikasına münasibətləri Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində əldə edilən razılaşmadan sonra şərti sərhəddə erməni tərəfinin hərbi təxribatları ara vermir. "Sülh yoxdursa, yeni müharibə riski var" ehtimalı bu gün də öz aktuallığını qoruyur. Azərbaycanda iqtidar və müxalifətin prosesə yanaşması birmənalıdır.
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev sülh prosesinə kənar təsirlərin olduğunu bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən ardıcıl siyasət apara bilmir. Onun dəyişkən mövqeyi bu məsələdə daha qabarıq görünür. Çünki o siyasi lider kimi özünə inanmır. Ermənistan daxilindəki revanşist qüvvələrin bu məsələyə təsiri az deyil. Erməni diasporu və Avropadakı bəzi dairələr Cənubi Qafqazda sülhün olmasını istəmir. Bunun fonunda Azərbaycana hansısa kənar təsirin olması mümkün deyil. Güclü dövlət, xalq-lider birliyi fonunda Bakının iradəsinə təzyiq etmək çox çətindir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin liderliyi, xalqın dəstəyi bunu nümayiş etdirdi”, - o qeyd edib.

Komitə sədri kənar qüvvələrin məhz Ermənistan vasitəsi ilə Cənubi Qafqazda daimi sülhün bərqərar olmasına əngəl olduqlarını söyləyib: “Bu günlərdə Almaniya prezidentinin Ermənistana səfəri fonunda paylaşılan təxribat xarakterli materiallar heç də təsadüfi deyil. Burada Fransa və digər qüvvələrin rolu az deyil. Paşinyanın “Qarabağ hərəkatı”ndan imtina etməliyik ritorikası da eyni məqsədə xidmət edir”.
“Qərbi azərbaycanlılar mövzusunu “Qarabağ hərəkatı” ilə müqayisə etmək məntiqdən uzaqdır. Min illər Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların yenidən ata-baba yurdlarına qayıtmaq hüququ təmin edilməlidir”, - deputat bildirib.
ReAl Partiyasının sədri Natiq Cəfərli isə Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərə çatdığını bildirib.
O qeyd edib ki, ərazi bütövlüyü və suverenliyin təmin olunması Bakı üçün əlavə imkanlar yaradıb: “Yeganə məsələ regional kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Ona görə də Ermənistanın bütün təxribatlarına baxmayaraq, Azərbaycanın yeni müharibəyə doğru irəliləməsinə ehtiyacı yoxdur. Sözsüz ki, bütün təxribatlara yerində və güclü şəkildə cavab verilir. Ermənistanın xırda təxribatlarından irəli gedərək müharibə istiqamətində addımların atılması ehtimalı azdır”.

Partiya sədri hesab edir ki, Azərbaycanın sülhlə bağlı mövqeyi aydındır: “Rəsmi Bakı tərəfindən sülhlə bağlı təklif edilən 5 prinsip üzərində sülh mətni razılaşdırılıb. Kommunikasiyaların açılması daha çox kənar təsirlərlə bağlıdır. Rusiya burada nəzarəti əlindən vermək istəmir. Regional kommunikasiyalarla bağlı məsələ öz həllini tapdıqdan sonra indiki vəziyyət sülhə çox yaxın görünür. Hazırkı vəziyyət Azərbaycanı tam qane edir. Ona görə də Bakının yeni hərbi eskalasiyaya maraq göstərməsi inandırıcı deyil”.
Ümid partiyasının sədri İqbal Ağazadə sülh prosesi uzansa belə, yeni müharibə üçün əsasların az olduğunu söyləyib.
Onun fikrincə, indi tərəflər arasında sülh imkanları daha böyükdür: “Hələlik isə regionda marağı olan dövlətlər sülh müqaviləsindən öz paylarını götürmək istəyirlər. Ona görə də vəziyyətin bəlli bir zamana qədər gərgin olacağı şəksizdir. ABŞ və Avropa İttifaqının sülh prosesinə müdaxilə cəhdləri olacaq. Avropa İttifaqının sülhlə bağlı vasitəçilik istəyi sözsüz ki, tərəflər üçün məqbul deyil. Bunun fonunda ABŞ Prezidenti Donald Trampın hansısa addım atması mümkündür. Görünən odur ki, Rusiya da Trampın regiona müdaxiləsinə elə də etiraz etmir. Rusiya-Ukrayna müharibəsində Amerikanın səyləri nəticə verməsə, Tramp “U” dönüşü edərək, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalamasına nail ola bilər”.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının fikrincə, Bakı ilə İrəvan arasında ilkin çərçivədə sülh müqaviləsinin imzalanması mümkündür.
O, həmçinin sülh olmasa, yenidən müharibənin başlaması ehtimalının da az olduğunu bildirib: “Erməni tərəfi İkinci Qarabağ müharibəsində çox ciddi zərbə alıb və məğlub olub. İrəvanın yenidən hansısa hücuma cəhd etməsi mümkün deyil. Qarşılarında güclü Azərbaycan Ordusunun dayandığını bilirlər. Ona görə də Azərbaycanın haqlı tələbləri nəzərə alınmaqla sülh istiqamətində ilkin çərçivə sazişinin imzalanması vacibdir”.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn isə bildirib ki, Azərbaycan dövlətinin müvafiq strukturlarının sülhlə bağlı qərar qəbul etməsinin və cəmiyyətin bu məsələyə etimadının olması daha zəruridir.
Partiya sədrinə görə, Azərbaycanla Ermənistan arasında yeni müharibənin olması ehtimalı çox zəifdir: “Ona görə də müharibə sözünü işlətməyə ehtiyac yoxdur. Amma münasibətlərdəki indiki gərginliyin hərbi həll prosesi də gündəmdə qalmaqdadır”.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL