Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Akif Qurbanov: 'Bandanın başçısı mənəmsə, bu adamları niyə boş yerə həbsdə saxlayırsınız?'

Tarix:2-04-2025, 18:06 Baxış Sayı:132

Akif Qurbanov: 'Bandanın başçısı mənəmsə, bu adamları niyə boş yerə həbsdə saxlayırsınız?' "ToplumTV" ilə bağlı cinayət işi üzrə bir ildən çoxdur həbsdə saxlanılan jurnalistlərin məhkəməsi başlanıb. "ToplumTV"nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, həbsdə olduğu müddətdə sağlıq durumu ağırlaşıb, təcili əməliyyata ehtiyacı var. Məhkəmə isinin uzun çəkməsi onun həyatını təhlükə altında qoyur. Elə bu üzdən, aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "ToplumTV" işi üzrə başlayacaq prosesin ilkin hazırlıq iclasında Ə.Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev onun ev dustaqlığına buraxılması haqda vəsatət verib. Vəkil deyir ki, müvəkkili, eləcə də digər "toplum"çular heç bir cinayət törətməsələr də, 1 il 1 aydır nahaq yerə həbsdə saxlanılırlar.Ə.Məmmədlinin sağlamlığındakı problemlərin həbsdə daha da kəskinləşdiyini vurğulayan müdafiəçi deyir ki, onun ev dustaqlığına buraxılması məsələsinə təcili baxmaq gərəkir. Axı hər keçən gün onun əleyhinədir: "Onu bu vəziyyətdə həbsdə saxlamaq işgəncədir, qeyri-insani davranışdır".

Akif Qurbanov

"Biz də adekvat reaksiya verəcəyik"

Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucularından biri və sədri Akif Qurbanov onların siyasi sifarişlə həbs olunduğunu hər kəsin bildiyini vurğulayıb: "Cinayət işinin materiallarında məni banda başçısı kimi təqdim ediblər. Əgər başçı mənəmsə, yaxşı, onda məni saxlayın, heç olmasa, bu adamları buraxın. Bu adamları niyə boş yerə həbsdə saxlayırsınız? Bu məhkəmənin formal olduğunu yaxşı bilirəm. Onu da deyim ki, əgər burada bizə qarşı hansısa pozuntu olsa, biz də adekvat reaksiya verəcəyik".Digər vəkillər də müvəkkillərinin ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, vəkil Fuad Ağayev A.Qurbanovun müdafiəsinə qoşulub. O, məhkəməyə məktub göndərərək iki həftə vaxt istəyib. Bunu da belə əsaslandırıb ki, cinayət işinin materialları ilə tanış deyil, ona vaxt lazımdır. Bu üzdən, hazırlıq iclasının aprelin 24-dək ertələnməsinə qərar verilib.Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması məsələsinin növbəti iclasda müzakirəyə çıxarılıb qərar veriləcəyini bildirib. 
"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. O vaxt bu işlə bağlı III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, eləcə də "ToplumTV"nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar həbs ediliblər. Daha iki nəfər – Fərid İsmayılov və Elmir Abbasov haqqında həbslə bağlı olmayan qətimkan tədbiri seçilsə də, F.İsmayılov 2025-ci ilin yanvarında həbs olunub.
Fevralda həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilib, ancaq elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb.
"ToplumTV işi" üzrə təqsirləndirilənlərə qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar verilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir.
Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların heç biri özünü təqsirli bilmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların dediyinə görə, həmin siyahılarda yer alanlar yalnız törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL