Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Aprelin 2-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Azərbaycan prezidenti İlham Əliyev mətbuata verdikləri birgə bəyanatda Ermənistanla sülh danışıqları mövzusuna da toxunublar.
AZƏRTAC-ın xəbərinə görə, prezident Əliyev xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir: "Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil".
O vurğulayıb ki, birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır: "Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır... Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir".
Əliyevin sözlərinə görə, ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almayıblar.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına uzun müddət vasitəçilik edən Minsk qrupunda ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.
Almaniya prezidenti isə deyib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var. Onun vurğulamasına görə, razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib: "Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm".
Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.
Azərbaycan prezidentinin bu açıqlamasına, hələlik, Ermənistan tərəfdən münasibət bildirilməyib.
Ötən ay, martın 21-də Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib ki, "ATƏT-in Minsk qrupunun buraxılması müzakirə oluna bilən məsələdir və biz özümüz yaxın gələcəkdə bu məsələnin müzakirə olunması təşəbbüsü ilə çıxış edəcəyik".
Amma Ermənistan tərəfi konstitusiyalarına dəyişikliklə bağlı Azərbaycanın şərtini düzgün saymırlar. Bununla belə, Ermənistanın özündə də konstitusiya dəyişiklikləri müzakirə edilməkdədir.