Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Fərdi yaşayış evinin sökülməsinin arxasında Xətai Rayon İcra Hakimiyyətinin dayandığı bildirilir
Bakıda ev sökülməsi davam edir. Bu dəfə tavanı uçurulanlar paytaxtın Xətai rayonu, Ağ Şəhər, Süleyman Vəzirov 33 ünvanında yaşayanlardır.
Sakinlərin bildirdiyinə görə, 2025-ci il fevralın 20-dən 22-dək beş ailəyə məxsus fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülüb.
Ərazidə yaşayan beş ailədən üçü qohumdur. Fərdi evlər ayrı-ayrılıqda Aida Maxsudova, Zariş Maxsudova, Fəxrəddin və Səadət Maxsudovlara aiddir. Evləri sökülənlərdən biri Bakı Dövlət Universitetinin (BDU) professoru, digəri isə Laçın rayonundan olan məcburi köçkündür.
Laçından olan məcburi köçkünə və BDU-nun professoruna ümumiyyətlə, təzminat ödənilməyib.
Maxsudovlara isə üç ayrı-ayrılıqda ev olduğu halda ümumilikdə 90 min manat verilib.
Evi sökülən Aida Maxsudova Meydan TV-yə bildirib ki, həmin ərazi atası, iş adamı Fəxrəddin Maxsudov tərəfindən “Nicat” Səhmdar Cəmiyyəti kimi qeydiyyatdan keçirilib.
“Bu, 1990-ci illərdə baş verib. Müəssisənin nəzarət paketi atama aid olub. Biz 1993-cü ildə Rusiyadan qayıdıb, orada yaşamağa başlamışıq. Atam həmin yeri Xətai Rayon İcra Hakimiyyətinin təsdiqi ilə sərəncamlı şəkildə 2 milyon 200 min manat ödənişlə alıb. Əlimizdə rəsmi sənədlər və sərəncam var, dəfələrlə də göstərmişik. Bu ərazinin tək təsisçisi atam olmasa da, bütün məsuliyyət, nəzarət atamın üzərindədir, səlahiyyətli şəxs də atamdır”.
“Cəmiyyət fəaliyyətini 1998-ci ildə dayandırıb. Təxminən 30 il əvvəl bildirilib ki, müəssisəyə sadəcə, bir il müddətində məcburi köçkünlər yerləşdiriləcək. 30 ilə yaxın məcburi köçkünlər bu müəssisədə yaşadılar. Müxtəlif dövrlərdə onlara dövlət tərəfindən təzminat ödənilərək köçürüldülər. Onu da deyim ki, məcburi köçkünlərin heç birinin müəssisəyə aid hansısa sənədi yox idi. Sadəcə, orada müvəqqəti məskunlaşmışdılar. Müəssisəsinin fəaliyyəti dayandı və indi bizim müəssisəsini görməzdən gəlirlər. Əlimizdə rəsmi sənəd, sərəncam olmasına, qeydiyyatda olmağımıza baxmayaraq, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri evimizi bu cür zorakı şəkildə uçurub. Onların buna haqqı yoxdur. Biz evdə ola-ola, əşyalarımız olduğu halda bu hadisələri törədiblər”.
Zərərçəkənin sözlərinə görə, onlara deyilib ki, verilən məbləğlə razılaşmasalar, sənədləri imzalamasalar, evləri zorla söküləcək.
“Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədəli Aslanov atama zəng edib, dedi ki, doxsan min manata razılaşmasan, gəlib o imzanı atmasan, sabah qara maskalılarla gəlib sizi zorla evdən çıxaracağıq, sənədi də zorla imzalayacaqsan. Digər məhəllədə yaşayan sakinləri də evlərindən təzyiqlə çıxarmışdılar. Xətai Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Teymur Əzizovun başçılığı ilə, yəni özlərinin yaratdığı qara maskalı dəstə sakinlərə hücum etmişdi. Valideynim də bunları bildiyi üçün evdəki azyaşlı iki körpənin qorxacağını düşünüb, doxsan min məbləğə razı olduğunun imzasını çəkdi ki, vaxt qazansın. Çünki bizə bir gün belə vaxt vermədilər ki, imzanı çəkməlisiz. Valideynim Fəxrəddin Maxsudov imza atdıqdan sadəcə, bir gün sonra imtina etdi. Bununla bağlı sənədimiz də var və icra hakimiyyəti bu sənədi təsdiqləyib. Buna baxmayaraq atama fevralın 21-də 90 min manat verdilər. Fevralın 22-də isə evi tamamilə sökdülər”.
Vətəndaşın sözlərinə görə, məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə, Xətai Rayon Prokurorluğuna, Milli Məclisə, Ombudsmana və Prezident Administrasiyasına şikayət ünvanlasalar da nəticəsiz qalıb.
Sakinlər məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Meydan TV Xətai Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.