Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Amerikalıların çoxu Tramp-ın işini bacaracağına inanmır

Tarix:3-01-2017, 13:58 Baxış Sayı:272

Amerikalıların çoxu Tramp-ın işini bacaracağına inanmır

Amerikalıların çoxu yeni seçilmiş prezident Donald Trump-ın öhdəliklərini yerinə yetirə biləcəyinə inanmır. «Gallup» sorğu təşkilatının araşdırmaları belə deməyə əsas verir.

Sorğular göstərir ki, ABŞ vətəndaşlarının cəmi 46%-i D.Trump-ın beynəlxalq böhranın öhdəsindən gələcəyinə ümidlidir. Onun hərbi gücdən müdrikliklə yararlanacağına inananların göstəricisi 47%-dir. Respondentlərin cəmi 44%-i D.Trump-ın administrasiyasındakı qalmaqalların qarşısını ala biləcəyinə əmindir.

«Gallup» əvvəlki prezidentlər – Barack Obama, George W.Bush və Bill Clinton hakimiyyətə gəlməzdən öncə aparılmış sorğularda amerikalıların 10-dan 7-nin onlara etimad göstərdiyini xatırladır.

KONQRESLƏ ƏMƏKDAŞLIĞA İNAM BÖYÜKDÜR

«Gallup» sorğu zamanı əhalinin yeni prezidentə 7 məsələdə güvəni olub-olmadığını yoxlayıb. Bəlli olub ki, ABŞ əhalisi daha çox D.Trump-ın Konqreslə effektiv işləyəcəyinə (60%), iqtisadi çətinliklərin öhdəsindən gələcəyinə (59%), xaricdə ölkənin maraqlarını qoruyacağına (55%), icra orqanlarının işini tənzimləyə biləcəyinə (53%) inanır. Amma sorğu təşkilatı bu məsələlərdə də D.Trump-a etimad göstərənlərin sayının əvvəlki prezidentlərlə müqayisədə az olduğunu vurğulayır.

Sənəd müəlliflərinin fikrincə, D.Trump-ın iqtisadi çətinlikləri yoluna qoyacağına inam onun şəxsi biznesiylə bağlıdır. İqtisadiyyat D.Trump-ın seçki kampaniyası zamanı da ən çox vurğulanan məsələlərdən olub.

Sorğular demokratların arasında D.Trump-ın işini bacaracağına inananların çox az olduğunu göstərib. Məsələn, yeni prezidentin administrasiyasındakı qalmaqalları önləyə biləcəyinə əmin olan demokratlar sorğuya qatılanların cəmi 14%-ni təşkil edib. Ən böyük göstərici prezidentin Konqreslə əməkdaşlığına inananların göstəricisidir – 35%.

Amma respublikaçıların 77%-dən 90%-ə qədəri D.Trump-ın prezident kimi işinin öhdəsindən gələcəyinə əmindir.

84% VS. 95%

Bununla belə, «Gallup» D.Trump-a etimad edənlərin həm tərəfdarları, həm də müstəqil respondentlər arasında az olduğunu, daha doğrusu, Obama və Bush-la müqayisədə az olduğunu qeyd edir. Partiyadaşları arasında D.Trump-a dəstək olanların göstəricisi ümumilikdə 84%-dir. Obama və Bush-un həmin göstəricisi 95% olub.

Sorğu müəlliflərinin fikrincə, rəqəmlərə şəxsən D.Trump-a münasibətlə yanaşı, dövlətə münasibət də təsir edib. «Gallup» son sorğuların amerikalıların dövlət idarəçiliyinə – dövlətin daxili və beynəlxalq problemləri həll edə biləcəyinə inamının azaldığını göstərdiyini qeyd edir. ABŞ əhalisinin prezident institutuna da etimadı bütün əvvəlki illərə nisbətən azdır – 33%-dir.

Bütün bunlar yeni prezident D.Trump-ın sələfləriylə müqayisədə Ağ Evdə daha çətin şəraitdə işləməyə başlayacağını göstərir.

D.Trump prezident kimi yanvarın 20-dən ­­­– inauqurasiya mərasimindən sonra fəaliyyətə başlayacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL