Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Test tapşırıqları və müxtəlif nəşrləri qanunsuz yayımlayanlar cəzalandırılıb

Tarix:4-04-2017, 14:39 Baxış Sayı:278

Test tapşırıqları və müxtəlif nəşrləri qanunsuz yayımlayanlar cəzalandırılıb

Dövlət İmtahan Mərkəzinin (DİM)  (keçmiş TQDK-nın) keçirdiyi imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrlərini qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir. DİM-in mətbuat xidmətindən verilən xəbərə görə, TQDK tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən “Abituriyent” jurnalının redaksiyasına məxsus müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və jurnalların ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır:
 
"Çox təəssüf ki, TQDK tərəfindən ayrı-ayrı illərdə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Rezidentura” jurnalında nəşr olunmuş test tapşırığı nümunələri, TQDK-nın keçirdiyi rezidentura üzrə onlayn sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, həmçinin Azərbaycan Tibb Universitetinin “Patoloji anatomiya” kafedrasının müdiri Həsənov Ədalət Bəybala oğlunun müəllifi olduğu müxtəlif test tapşırıqları qanunsuz olaraq Azər Arif oğlu Gülməmmədov tərəfindən “Patoloji anatomiya” adlı kitab kimi nəşr edilib və satışı təşkil olunub. Bununla da onların müəllif hüquqlarının pozulmasına səbəb olub".
 
Məlumata görə, qeyd olunanlarla əlaqədar “Abituriyent” jurnalı redaksiyasının, eləcə də Ədalət Həsənovun Gülməmmədov Azər Arif oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsinə dair” iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin cavabdeh məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini tələb edib. 29 dekabr 2016-ci il tarixli 2(103)-9766/2016 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb.
Məhkəmə kollegiyası hesab edib ki, cavabdeh Gülməmmədov Azər Arif oğlu tərəfindən çap edilmiş “Patoloji anatomiya” adlı kitabın pirat nüsxələr hesab edilməklə satışdan çıxarılaraq məhv edilməsi və həmin materialların yerləşdirildiyi Facebook səhifəsinin bağlanılması, cavabdeh Gülməmmədov Azər Arif oğluna “Patoloji anatomiya” adlı kitabın satışının qadağan edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin ödənilməsi əvəzinə, pozuntuya yol verən şəxsdən, yəni Gülməmmədov Azər Arif oğlundan tutulmalı olan kompensasiyanın hər bir iddiaçı üçün ayrılıqda 3.000 manat, ümumi olaraq 6.000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edib.
 
Bildirilib ki, 14 iyul 2016-cı il tarixində Zərdab Rayon Məhkəməsi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddiasını təmin edib və bununla bağlı 2(035)-570/2016 saylı  qətnamə qəbul olunub. Belə ki, ötən il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. Cavabdeh, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.
 
DİM və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan DİM və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

 
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL