Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə imtahan verib

Tarix:26-05-2017, 11:27 Baxış Sayı:237

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə imtahan verib

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Az.TV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyini aşkarlanıb.

M.Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib: “Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək”.

Direktorlar Şurasının sədri əlavə edib ki, belə halları aradan qaldırmaq üçün ilk növbədə valideynlər bu məsələlər məsuliyyətli yanaşmalıdırlar: “İmtahana gedən abituriyentə ailə üzvləri yalnız bir sual verməlidirlər – “Lazım olan sənədləri götürmüsənmi?”.

M.Abbaszadə qeyd edib ki, bəzən abituriyentlər lazımi sənədləri evdə qoyur, telefonu isə imtahana keçirməyə çalışırlar: “Belə hallarda onların imtahan nəticələri pis olacaq. Bizə müəyyən iradlar tuturlar ki, buraxılış rejimi çətin keçir, imtahandan 2 saat öncə binalara çağırırsınız. İmtahana gələnlər bədənlərində nəsə gizlətməyə, imtahana keçirməyə cəhd etməsə, hamı qanun-qaydaya riayət etsə, buraxılış rejimini çox sakit və qısa müddətdə keçirmək mümkün olar. Amma araşdırmalar hamıya təsir edir və buraxılış rejimində müəyyən çətinliklər yaradır. Bir daha hamıdan xahiş edirəm ki, imtahan gələndə yalnız öz biliklərinə güvənsinlər. Onları əmin edirəm ki, belə olduğu halda bilik səviyyələri düzgün qiymətləndiriləcək və layiq olduqları nəticə elan olunacaq”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL