Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
“I qrup üzrə yaz imtahanında iştirakçıların 50 faizdən çoxu təxminən 162 bal, yay imtahanı iştirakçılarının isə yarıdan çoxu 193 bal nəticə göstərib. Yəni, bir az da olsa artım olub. Göstəricilər müəyyən qruplar üzrə eyni qalsa da, III qrupda yaxşılaşıb”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, yaz imtahanlarında iştirak edən 65 min insanın 53 mini ikinci dəfə yay imtahanına da yazılıb: “Yay imtahanı üçün yazılan 10 min nəfərin ilkin nəticələri bizdə yox idi, çünki yaz imtahanında iştirak etməmişdilər. Builki qəbul imtahanlarının özəlliyini nəzərə alsaq, onlara iki dəfə şans verdik. Təqribən 10 min nəfər yay imtahanına yazılmadı. Bu da 100 baldan aşağı nəticə göstərənlər idi. Təbii ki, istisna hallar da var idi, bu da yaz imtahanlarında, yəni ilk şanslarında 700 bal toplayan abituriyentlər olub və onların ikinci şansa ehtiyacı yox idi”.
DİM sədri qeyd edib ki, II qrupda yaz imtahanında 18 343 iştirakçıdan 50 faizi 204 bal, yay imtahanında 17 321 iştirakçıdan yarıdan çoxu 216 bal, III qrupda ilk mərhələdə 16 360 iştirakçıdan 50 faizi 215 baldan yuxarı, ikinci mərhələdə 15 590 nəfərin yarıdan çoxu 264 bal, IV qrupda isə ilk şansda 4 455 nəfərin 50 faizi 266, ikinci şansda 4 248 nəfərdən yarısı 334 bal toplayıb.
Ən yüksək nəticənin müsabiqə zamanı nəzərdə alındığını deyən M.Abbaszadə əlavə edib ki, hansı nəticə ilə ixtisas seçimi etməyini abituriyent özü seçəcək: “Çünki abituriyent ola bilsin ki, yay imtahanında 300 bal toplayıb, lakin iki fəndən lazım olan nəticəni göstərə bilməyib. Ona görə də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilməz. Lakin yaz imtahanında 260 bal toplasa da məhdudiyyəti yerinə yetirib və fənn məhdudiyyəti vacibdir. Bu zaman seçimini özü edə bilər”.