29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Millu Şuranın sədri, professor Cəmil Həsənli
Dostlar! Dünən Qazaxda siyasi məhbus Gözəl Bayramlının məhkəməsində iştirak etdik. Gözəl xanım AXCP sədrinin müavini, Milli Şuranın rəhbər heyətinin üzvüdür. Aktiv siyasi fəaliyyəti və vətəndaş mövqeyinə görə həbs edildiyi heç kəsdə şübhə doğurmur. Onun saxta bir ittihamla həbsi Əliyev rejiminin Xalq Cəbhəsi qarşı apardığı total repressiya siyasətinin tərkib hissəsidir. Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim, Fərid Əhmədli, Faiq Əmirli və digərlərin həbsindən sonra növbə Gözəl xanıma da çatmışdı. Aydın siyasi məzmun kəsb edən ünvanlı çıxışları, böyük təşkilatçılıq qabiliyyəti, tükənməz enerjisi ilə korrupsiya və büdcə talançılığına qurşanmış bir rejimi narahat edirdi Gözəl xanım.
Hələ, 2016-cı ilin payızında həbs olunacağının anonsunu “Bandotdel” deyilən repressiya aparatından almışdı. Lakin onu “ötəri” bir ittihamla həbs etmək istəmirdilər. Zor gücünə konstitusyon qurluşu dəyişmək kimi saxta dövlət çevrilişi ssenarisi əsasında hazırlanmış Nardaran əməliyyatı və Gülənçilik şousu iflasa uğradıqdan sonra son il yarımda artıq üçüncü dəfə səhnəyə qoyulan “çevriliş” tamaşasında Gözəl xanıma da rol verilmişdi. Onun çantasına atılan 12 min Amerika dolları və Tbilisi küçələrindən oğurlanaraq cibinə 10 min avro qoyulan Əfqan Muxtarlı, habelə Gürcüstanda həbs edilən professor Fərman Ceyranlı eyni işin ayrı-ayrı epizodları idi. Hakimiyyətin hazırladığı bu ssenaridə həm Şıxlı sərhəd məntəqəsindən, həm də Balakən məntəqəsindən keçən maliyyə “axınları” Bakıya – Əli Kərimliyə yetişməli idi və Qərbdən, o cümlədən ABŞ-dan gizli yollarla açılan bu maliyyə “tranşları” zor gücünə konstitusyon qurluşu devirmək kimi geniş bir əməliyyatın tərkib hissəsi idi. Amma Əfqan Muxtarlının Tbilisidən oğurlanması kimi sərsəm bir plan bütün ssenarini pozdu, əməliyyat dağıldı. Baş prokurorluğun ağır cinayətlər idarəsində araşdırılan bu “dövləti cinayətə” son anda Qazax və Balakən məhkəmələrində baxılması məhz jurnalist oğurluğunun doğurduğu əks-səda ilə bağlıdır.
Hər nazirinin qara kassasından, ofşor hesablarından milyardlar çıxan bir ölkədə Gözəl xanımı ölkəyə 12 min dollar pul “gətirdiyinə” görə həbs ediblər. Müdafiə, müdafiə sənayesi, fövqəladə hallar və təhlükəsizlik nazirlərliklərinin gizli ofşor hesablara natəmiz yollarla milyonlar göndərən, silah ticarətindən “şapka” alan bir hakimiyyət Gözəl xanımı ölkəyə 12 min dollar “gətirməyə” görə mühakimə edir. Dövlət ittihamçısı bu “cinayətə” görə ömrünü xalqın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə həsr etmiş bir xanıma 5 il iş istəyir. Amma Dövlət Sərhəd Xidmətinin icra etdiyi bu əməliyyat, saxta istintaq işi, muzdlu şahidlərin yalan ifadələri məhkəmə prosesində darmadağın olur. Açıq şəkildə aşkarlanır ki, 12 min dolları Gözəl xanımın çantasına sərhəd xidmətinin əməkdaşları atıblar. Məhkəmə araşdırmasında şahid kimi ifadə verən Şıxlı postunun naxçıvanlı şərhədçiləri nədənsə Gözəl xanımın qaydasında olan pasportundan deyil, özündən şübhələniblər. Gözəl xanımın etirazlarına cavab olaraq hələ ona deyiblər ki, Allahına şükür elə ki, sənin çantandan narkotika deyil, pul “çıxıb”. Bu “əməliyyatdan” dərhal sonra respublika sərhəd xidməti bəyanat verərək Gözəl xanımı qaçaqmalçılıqda ittiham edərək cinayət törətməkdə ittiham edib.
Qanun pozuntusu, sərhəd xidmətinin öz səlahiyyət həddini aşması göz qabağında olduğu üçün istintaq işi “hüquqi məcraya” yonəldib və “qaçaqmalçının” saxlanma prosesi sərhəd xidmətindən gömrük orqanlarına, gömrük “monitoruna” transfer edilib. Heç, Gözəl xanım keçərkən sərhəd xidməti kompyuterlərinin təxminən 15 dəqiqə hansı səbəbdən “işləməməsinə” də aydınlıq gətirilməyib. Dünən prosesdə maraqlı məqamlar ortaya çıxdı. Şahid kimi məhkəməyə dəvət edilən səhv etmirəmsə Aidə Çalpapaq qızı əvvəlcə sərhəddə işlədiyin dedi, sonra məlum oldu ki, o, qeyri-rəsmi olaraq sərhəd postunun həyətini süpürür və dediyinə görə bu xidmətindən yana gündə 3 manat əl muzdu alır. O, “işdən sonra” axşam vaxtı Gürcüstandan gələn qızını qarşıladığı üçün sərhəddə olduğunu dedi. Amma Çalpapaq qızı “hal şahidi” olarkən nədən məhz qarşılanma yerində deyil, mavi xalatda gömrük monitorunun yanında olduğunu vəkilə izah edə bilmədi, onu ora qanunsuz olaraq kimin və nə üçün buraxdığını deyə bilmədi. Başqa bir “hal şahidi” Atlas xanım isə neytral zonada dediyinə görə çay satır. Dediyinə görə hərgün neytral zonaya buraxılan bu xanım da nədənsə həmin gün Gözəl xanımla birlikdə vətənə dönməli olub və hətta sayılıb akt tərtib edilmədən monitorda Gözəl xanımdan 12 min ABŞ dolları çıxdığına şəhadətlik edir. Şəmkirdə yerləşən sərhəd istintaqçısı Allahverdi bəyin dedikləri isə əsl dedektivdir. O, hadisə baş verən gün axşam saat 19-da işdən çıxdığına və birbaşa idarədən 150 metr aralı olan evinə gəldiyin, lakin dərhal ona zəng edildiyin və Şıxlı postunda qaçaqmalçı saxlandığın, təcili olaraq hadisə yerinə getmək üçün ona xidməti maşın ayrıldığını açıqladı. Amma Allahverdi bəy hələ 20:45-də baş verəcək sərhəd pozuntusuna görə nədən onun saat 19:10 və ya 19-15-də “narahat” edildiyinə aydınlıq gətirə bilmədi. Həm də baş vermiş hadisənin ilk istintaqını aparmış, dindirmə həyata keçirmiş bir şəxsin məhkəmə araşdırmasında necə şahid kimi ifadə verməsi də bir qədər qaranlıq qaldı.
Bir məsələni də deyim ki, biz məhkəmə zalına girəndə telefonlarımızı alıb, üst-başımızı ciddi yoxlamadan keçirdilər. Amma biz içəri girəndə artıq zalda 7-8 nəfər naməlum adamın oturduğu aydın oldu. Proses başlayandan az sonra onların telefonlarına bir-birinin ardınca zənglər gəlirdi…
Detektivin davamı dekabrın 26-da olacaq.