29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Bu gün Ukraynada baş verənlər 1991-92-ci illərdə ölkəmizdə olub-bitən hadisələrə çox oxşayır.
Demək olar ki, ictimai-siyasi durum da bənzərdir.
Həmin vaxt Rusiyanın ciddi maddi, siyasi, hərbi dəstək verdiyi separatçı ermənilər ölkəmizin bir hissəsini işğal etmişdi və bu, ölkədə ictimai-siyasi durumu gərginləşdirmiş, siyasi böhrana səbəb olmuşdu.
Bu gün yenə Rusiyanın maddi, siyasi, hərbi dəstək verdiyi separatçı ruslar Ukraynanın Krım vilayətini, eləcə də şərq əyalətlərini işğal ediblər və bu, Ukraynada ictimai-siyasi durumu gərginləşdirib, siyasi arenada xaos yaradıb.
1991-ci ildə bizdə hakimiyyət komandası siyasi opponentləri ilə bacarmırdı, ayrı-ayrı liderləri həbs etsə də, içəridə saxlaya bilmir, tezliklə azadlığa buraxmalı olurdu.
Bu gün Ukraynada da elədir, hakimiyyət qüvvələri müxalifətçi Mixail Saakaşvilini birinci dəfə 2-3 saat, sonra isə cəmi 3 gün həbsdə saxlaya bildilər.

Olurdu ki, o zamanlar bizdə Mütəllibov hakimiyyəti bəzən qətiyyətli hərəkətlər etməyi qərarlaşdırırdı, müxalifətçilərin təşkil etdiyi toplantılara hücum edir, liderlərə fiziki xəsarət yetirirdi. Elə hadisələrin birində milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin və məşhur hərəkatçı, şair Sabir Rüstəmxanlının başı yarılmışdı.
Bu gün Ukraynada da müxalifətin nümayiş və mitinqlərinə hücumlar təşkil olunur, sırasında liderlər və fəallar olmaqla xeyli adam xəsarət alır.
O vaxt bizdə hakimiyyətə ünvanlanan əsas ittiham korrupsiya ilə yanaşı, Qarabağ cəbhəsindəki iqtidarsızlıq, bacarıqsızlıq idi. Gerçəkdən də Mütəllibov hakimiyyəti Qarabağ ətrafında yaşayan mülki insanların təhlükəsizliyindən ötrü heç bir əməli tədbir görə bilmir, eyzən Moskvanın ağzına baxırdı, Kreml də tez-tez valı o üz-bu üzə dəyişirdi.
Bu gün Ukraynada da bənzər vəziyyətdir. Poroşenko hakimiyyətinə qarşı ciddi korrupsiya ittihamları var. Üstəlik, Poroşenko şərq cəbhəsində iqtidarsızdır, hər şeyi Rusiyanın insafına buraxıb.
1991-92-ci illərdə ölkəmizin insanları, xüsusilə paytaxt Bakının siyasi fəal sakinləri tez-tez küçələrə çıxmağa hazır idilər. Bu gün Kiyevdə də gecə-gündüz meydanlarda yatmağa hazır olan minlərlə insan var.

Bir sözlə, bənzərliklər çoxdur.
Deyilə bilər, 1991-92-ci ildə bizim dama çıxan, mitinq edənlərin önünə düşüb polis barrikadasının üstünə gedən Saakaşvilimiz yox idi.
Xeyr. Var idi. Həm də bir nəfər deyildi, ən azı beş nəfər bu cür hərəkətlər edən lider vardı və onlar istədikləri zaman xalqı bir çağırışla parlamentin önünə, Azadlıq meydanına yığa bilirdilər.
Bəs sonra nələr oldu ki, bu durum yarandı?
Sonra çox şeylər oldu. Səriştəsizliklər, xalqın etimadını doğrultmamalar, xəyanətlər oldu. Xalq permanent inqilablardan, siyasi didişmələrdən, intriqalardan yoruldu. Bu, uğursuzluğun səbəblərinin yarısıdır. Yerdə qalan səbəblər də budur ki, dəmir əlli rəhbər tələb edən xalq onu qəbul edib başa çıxarandan sonra tezliklə dəmir əldən qorxmağa başladı.
1991-92-ci illərdə heç kim hakimiyyətdən qorxmurdu, hamı əmin idi ki, nə olsa belə, hakimiyyət xalqa silah tuşlamaz. Hərgah belə bir hadisə baş verdiyi gün böyük bir qarmaqarışıqlıq düşər, xalqa güllə atmış iqtidar iş başında qala bilməzdi.

Bu gün Ukraynada da elədir. Poroşenko hakimiyyəti anlayır ki, xalqa, ayrı-ayrı siyasi xadimlərə güllə atsa, bu, kütləvi vətəndaş itaətsizliyinə, çaxnaşmaya, toqquşmaya gətirib çıxarar.
Bəs Ukraynada bu işlərin sonu necə olacaq?
Böyük ehtimalla bizdəki kimi olacaq. Bu siyasi təlatümün sonu onunla nəticələnəcək ki, Rusiyanın dəstəyi ilə bir dəmir əlli lider hakimiyyətə gələcək və o, siyasi çəkişmələrdən, meydan toqquşmalarından bezmiş xalqın hiddətini araqarışdıranların, müxalifət liderlərinin üzərinə yönəldəcək, daha sonra hakimiyyətin boşalmış vintlərini yavaş-yavaş sıxıb bərkidəcək. Nəticədə gün gələcək, kiyevlilər hər saat başı küçəyə axışıb mitinq etməyə qorxacaqlar.
Daha bir variant da var. Bu da ondan ibarətdir ki, Poroşenkonun korrupsioner komandası istefaya gedəcək, onun yerinə korrupsiyaya daha az uğrayan komanda gələcək, sonra kiyevlilər o komandanı da yola salacaq, yerinə daha təmiz bir iqtidar komandası gətirəcəklər. Nəticədə Qərbin maddi, siyasi, hətta hərbi dəstəyi ilə çiçəklənən bir Ukrayna dövləti qurulacaq.
Ümid edək ki, Ukrayna bizim getdiyimiz yolla irəliləməz, Rusiyadan canını biryolluq qurtarar.
Xalid Kazımlı