Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Bu yaxında Avropada ən az maaş verən dövlətlərin siyahısını açıqlamışdılar, orada Azərbaycan ilk üçlükdə “şərəfli” yer tutmuşdu. Eyni zamanda korrupsiya reytinqlərində, ofşorlara pul yatıran, bankları soyub xaricə daşıyan oliqarx-məmurlarımız sarıdan öncül yerləri tuturuq. Dindarlar demişkən, Allah bir tərəfdən kəsəndə, o biri tərəfdən verir, respublikamızın tərəzisini tam əyilməyə qoymur.
Hələ bir yonca üzrə dövlət proqramı var, o yazda həyata keçəndə zəhmətkeşlərimiz lap yaxşı yaşayacaqdır. O cümlədən, yun proqramı. Yonca proqramının sirrini çox aça bilmərəm, ermənilər də oxuyurlar, ancaq yun üzrə proqramın möhtəşəm detallarını yazım, siz də sevinin. Demək, aran rayonlarında, Ağcabədi-Ağdam, Goranboy-Murov, Hacıqabul-Quba istiqamətlərindəki çöllərdə qoyun sürülərinin yaylağa-qışlağa getdiyi konkret yollar, cığırlar vardır. Həmin cığırların qırağında əkmək üçün Avstraliyadan, Güney Amerikadan, Afrika savannalarından, Hindistan cəngəlliklərindən xüsusi tikanlı kollar gətirilmişdir. Qoyunlar keçəndə yunları həmin tikanlara ilişəcəkdir, biz də o yunları yığıb əyirəcək, saplardan əlcək, corab, jaket, jilet, kostyum, tuman və sairə trikotaj malları istehsal olunacaqdır, xaricə satıb, valyuta əldə edəcəyik. Sonra bir nazir də çıxıb o valyutanın başına daş salacaqdır. Əlbəttə, o vaxtacan, yəni nazir çıxıb valyutanı “happ” eləyənəcən başımızı qatmağa bir işin olması vacibdir. Bu da yazdığım kimi, tikançılıq və qoyunçuluğun vüsət almasıdır.
Sözgəlişi, sovet vaxtında bir jurnalist qardaşımız əmək qəhrəmanından oçerk yazıbmış. Qəzetdə yazı belə başlayırmış ki, səhər qəhrəman yuxudan durdu, çörəyini yeyib şehli otların üstüylə tarlaya getdi. Yazının axırında isə yenə qəhrəman şehli otların üstüylə evə dönürmüş. Oxuculardan kimsə qəzetə şikayət yazıb ki, axşam tərəfi otun üstündə şeh olmur... Allah adamı belə pis oxuculardan qorusun. Əminəm ki, əziz oxucularım arasında belə namərd adamlar yoxdur.
Bir də əsas odur, dövlət müstəqilliyimizə xələl gəlməsin. “Qarabağ” yenə UEFA kubokunu alsın. “Pole çudes”ə sponsorluq eləyək. Lotularımızın sorağı beynəlxalq kriminal razborkalardan eşidilsin. Suverenliyimiz sarsılmasın. Bu müstəqillik temasında təzəlikcə Suriyanın BMT-dəki daimi nümayəndəsi (bu da yəqin ordan qaçqın statusu alıbdır) Bəşər Cəfəri maraqlı sözlər demişdi, heç unuda bilmirəm. Yeri gəlmişkən, Suriyada uşağın adını prezident Bəşər Əsədə görə Bəşər qoymaq dəbdir, televiziyalar hər Yeni il gecəsi doğum evlərində növbə tuturlar, ilin ilk doğulan uşağına mütləq Bəşər adı qoyulur, xalq dombalaq aşır. Ancaq Almaniyada bu dövlətçilik ənənəsi yoxdur, Angela adını heç kim qoymur, o üzdən ölkə dağılır.
Uzun sözün qısası, BMT iclasında kimsə Suriya rejiminə təzyiqlərin vacibliyini söyləyəndə bu Bəşər müəllim dözməyib mikrofonu almış, demişdi: “Suriyaya heç kim təzyiq edə bilməz, biz suveren dövlətik”. Təsəvvür elə, bu cür qətiyyətin təntənəsini heç biz də görməmişik. Camaatın yarısı dünya üzündə didərgin, yarısı Aralıq dənizində batıb, yarısı (riyaziyyatı güclü bilirəm) xarabalıqlarda turp, göyərti əkib sağ qalmağa çalışır, harda azmış-tezmiş varsa Suriyada taparsan, hava məkanı xaricilərin, torpaq terror qruplarının əlində və sairə - bu isə deyir bizə təzyiq edə bilməzsiniz. Rəhmətliyin oğlu, cəmi 15-20 faizini itirənlər onda dünyanın ağası sayılmalıdır ki.
Əslində elə bu cürdür. İkinci dünya savaşını da Hitler qazanıb, keçən ilə qədər Paraqvayda meşədə gizlənirmiş. Bığını qırxıb, saçını rəngləyib, üzünə Putin kimi botoks eləyib, tanınmaz hala gəlibmiş.
Mənim qəzetçi olaraq funksiyalarımdan biri maarifçilikdir, oxuyun, öyrənin deyə bunları yazıram. Bir qohum var, uşağının riyaziyyat müəllimi məktəbdə dərs zamanı deyirmiş ki, insanın əlində 12 xətt vardır, o xətlər həyatımızı qabaqcadan görməyə xidmət edir. Etiraf edirəm, hələlik o müəllim qədər savadım yoxdur. Ancaq üzərimdə işləyirəm.
Zamin Hacı