Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Azərbaycan xalıqının səs verərək seçdiyi prezidentinin xalqdan uzaq olması yəqin ki, bir çoxlarımıza məlumdur. Xalqla öz arasında məsafə saxlaması və ya məsafə saxlamağa sövq edilməsi hətta bölgələrə səfərindən çəkilən fotolardan da görünür. Yerlərdə ona səs verən, öz talelərini ona etibar etdikləri vətəndaşlarla görüşəndə yaşlı-cavan hamının bir xətt boyunca qarşısında düzülməsi məncə heç düzgün yanaşma deyil.
Evdə ikən divarı uçurulan zaman çarəsiz vəziyyətdə olan vətəndaşların yanında prezidentin olmadığını dəfələrlə görürük. Yuvaları uçurulanlar kimə müraciət edəcəklərini bilmirlər?! Xüsusilə, Bakının “Sovetski” ərazisində yüzlərlə ailənin öz tarixi torpağından zorla köçürülməsinə etirazına və bu məqsədlə keçirilən aksiyalara baxmayaraq, prezident əraziyə baş çəkmədi, sadə vətəndaşın yanında görünmədi…Səbəb isə ortalığı sanki qarışdıran, vəziyyəti korlayan öz evinin uçurulmasına etiraz edən bəzi şəxslərin qısa müddətli həbsləri vəziyyəti ötr-basdır edildi.
Prezident o böhranlı günlərdə məsələ ilə bağlı hətta bir cümlə belə fikir söyləmədi. Yalnız məcburi köçün birinci mərhələsi bitəndən sonra – düz 3 il sonra İlham Əliyev “Sovetski” hadisələrinə münasibət bildirdi (Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında). O münasibət isə sadəcə, boşaldılan ərazidə park və yeni yolların salınacağından ibarət oldu?!
“Sovetski” hadisələrindən sonra prezidentin əraziyə ilk gəlişi də yeni yolların təməlinin qoyulması ilə bağlı idi – 2016-cı ilin avqustunda… Sonra İlham Əliyev həmin yolların açılışında iştirak etmək üçün “Sovetski”yə ikinci və üçüncü dəfə səfər etdi – bu ilin may və avqust aylarında. Amma heç bir səfərində vətəndaşların mülkiyyət toxunulmazlığından danışmadı. Sanki orada yaşayan insanlar öz haqlarını almışdılar.
Əksinə, prezidentin “Sovetski” mövzsusunda ikinci açıqlaması (Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında) sakinləri borclu çıxarmağa bərabər oldu. İlham Əliyev “Sovetski”də görülən işlərdən “sakinlərin də razı olduqlarından əminliyini” bildirdi?!
Üçüncü və hələlik sonuncu açıqlaması (Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında) da ərazidə salınan yeni yollarla bağlı oldu. Bu açıqlamaların heç birində prezident nəzakət xatirinə də olsa, vətəndaşa yaşatdığı mənəvi-fiziki iztirablara (hələ maddi zərəri demirik) görə üzrxahlıq etmədi… Söhbət isə yüzlərlə ailənin yüz illik tarixi olan ərazidən zorla çıxarılmasından gedir?!
Bir sözlə, İlham Əliyevin “Sovetski” hadisələrində xalqa ehtiyyacı olan vaxda susub, yalnız bu və ya digər yolla əhalinin susdurulmasından sonra danışması onun hakimiyyətinin əsl simasını tam çılpaqlığı ilə bir daha ortaya qoydu. O, nəinki vətəndaşın əzəli yurdundan, tarixi torpaqlarından didərgin salınmasına etinasız yanaşır, hətta aşağılayıcı tərzdə davranır. Elə hökumətin sözügedən iclaslarında köhnə məhəllələrdəki evləri “daxma” adlandırır, köhnə Bakını “dağılmış binalar, daxmalar, dar yollar – bu idi əvvəlki Bakı” kimi dəyərləndirir… Ya bilməzlikdəndir, ya da bilərəkdən ictimai rəyə təsir edir, köhnə məhəllələrin kor-koranə sökülməsinə haqq qazandırır.
Sadəcə nəzərinizə çatdırmaq istəyirəm ki, köhnə məhəllələrdəki evlərin “daxma” halına düşməsində, yaşayış üçün yararsız hala çevrilməsində sovet hakimiyyəti kimi, onun mənəvi davamçısı və ideologi varisi mövcud hakimiyyəti də maraqlı olub. Hələ sovet dövründən başlayaraq Bakının köhnə məhəllələrində, xüsusilə “Sovetski”də insanlara öz mənzil şəraitini əsaslı şəkildə yaxşılaşdırmağa, yenidən qurmağa icazə verilməyib. Bəhanə, əlbəttə, ərazinin “plana düşməsi” – köçürüləcəyi olub. Bu köçürülmə uzun illərdir yalnız sözlərdə ola-ola məqsədli şəkildə miskin görkəmə gətirilən evlər, bu gün “daxma” kimi sahiblərindən dəyər-dəyməzinə alınaraq yox edilir. Nəticədə o insanlar evləri ola-ola köçkün düşürlər. Heç olmasa onlara yeni mənzil almaq üçün kifayət qədər təminat versələr dərd yarı…
Məlumunuz olsun ki, eyni hal Bakının Nərimanov rayonunda, həmçinin paytaxtdan kənar Sumqayıt şəhərində də baş verir. İnsanlardan ilk öncə külli miqdarda pul alıb tikinti icazəsi verirlər, 2 il sonra o icazənin saxta olduğunu deyib evlərini və ya iaşə ərazilərini göz qırpımında dağıdırlar. Mən əvvəllər Sumqayıt şəhərində yaşadığım üçün bu haqsızlıqları daim nəzərdə saxlayaraq imkan düşdükcə öz məqalələrimdə qeyd edirəm. Sadəcə xatırlatmaq kifayətdir ki, insanlar burada qarşılaşdıqları haqsızlıqlar onların Avropaya ölkələrinə, Kanadaya mühacirət etmələrinə zəmin yaradır.
Prezidentimiz isə hələ də öz mövqeyindədir: tikinti sektorunun canlandığını, Bakının digər ərazilərindəki “daxma”ların da söküləcəyinin anonsunu verir… Bunu isə Nazirlər Kabinetinin bu günlərdə keçirilən iclasında deyib İlham Əliyev və eyni 2018-ci ilin dövlət büdcəsinə nəzər salsaq açıq görə bilərik.
Kamil Məmişov