Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Özbək ziyalılarını bizimkilərdən önə çıxaran sehr

Tarix:14-02-2018, 17:28 Baxış Sayı:248

Özbək ziyalılarını bizimkilərdən önə çıxaran sehr

Natiq Güləhmədoğlu

Xəbər vermişdik: Özbəkistan ziyalıları prezident Şövkət Mirziyayevə müraciət ediblər. Onların arasında şairlər, rejissorlar, yazçılar, müğənnilər var. Nə qədər ilginc olsa da, keçmiş prezident İslam Kərimovun mətbuat xidmətinin rəhbəri dəonlar arasındadır. Özbək ziyalılarının, incəsənət vəədəbiyyatçılarının dədri nə imiş?

Onlar prezidentdən nə ev istəyir, nə oğlanlarına əsgəri möhlət, nə də şəxsi imtiyaz. Deyirlər ki, 26 ildir mühacirətətdə yaşamağa məhkum edilən, özbək xalqının dəyərli oğlu, müxalifət lideri, şair Məhəmməd Salehin vətənə qayıdışı təmin edilsin.

Özbək ziyalıları belə nəcib təşəbbüsdə olarkən, sanki, onların acığına bizim “ziyalılar” da bu ərəfədə xalqa müraciət etdi ki, Əliyevin növbəti dəfə prezident kürsünüdəəyləşib, millətə zülm etməsinə səs verin! Guya xalqın səsin sayırmışlar kimi. O özbəklər, bu biz deməyəcəm, yox!

Məsələnin hamımızı düşündürməli olan bir cəhətindən bəhs etmək niyyətindəyəm. Özbək ziyalılarının bu təşəbbüsü alqışa layiqdir, buna şübhə yoxdur. Lakin, fikirləşək, o ziyalılar 5-10 il əvvəl niyə belə çağırışlar edə bilmirdi? Axı Məhəmməd Salehin, 10-15 il qabaq ədəbi-siyasi kimliyi necə idisə, elə də qalıb. Dəyişən Saleh bəy deyil, Özbəkistanın sərt ictimai-siyasi atmosferidir. Çünki o zaman özbək ellərində daha qatı, amansız, qəddar sistem vardı. İndi isə demokratiyanın ən xəfif rüzgarları əsdiyindən özbək ziyalıları özlərində təpər tapıb, ürək sözlərini, arzularını dilə gətirə bilirlər. Bizdəisə o da yoxdur – o xəfif rüzgar, demokratiyanın inkişafı ilə bağlı ümid! Bu bizi təbii olaraq kədərləndirir, lakin, eyni zamanda bizə böyük inam verir. O sarıdan ki, demokratiyanın, azadlığın sehrli, cəlbedici cəhətinə inanaq. Ancaq demokratiya, azadlıq olan yerdə insan xöşbəxtdir, özüdür, aktyor deyil. Ancaq azadlıq atmosferindəinsan kamil formasına daha asan, əzabsız çata və ondan mənəvi həzzini ala bilər.  Şübhəsiz, antidemokratiya şəraitində də azad ruhunu qoruyan insanlar olur və bizdə dəvar. Amma biz istisnalardan danışmırıq. Çoxluğun, cəmiyyətin rifahı, xoşbəxtliyi, özü olması üçün demokratiya başlıca şərtdir!

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL