Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Fırıldaqla ölkə idarə olunmaz

Tarix:16-02-2018, 08:11 Baxış Sayı:229

Fırıldaqla ölkə idarə olunmaz

Hikmət Nikbin

 

Milli ideallardan çox uzaq düşən, ölkə vətəndaşlarının hüquq və azadlığını təmin edə bilməyən, ərazi bütövlüyümüzə gedən yolların nabələdi olan hakimiyyət könüllü idarəçilikdən getməli olduğu halda,- “təki özümüz üçün yaxşı olsun” düşüncəsinin mübarizəsini davam etdirməkdədir. İdarəçiliyin səmərəsizliyi, fəaliyyətsizliyi, səriştəsizliyi danılmazdır, inkar edilməzdir. Bütün sahələrdə mövcud uğursuzluqları boyunlarına almayanlar,hakimiyyətin tərəfini saxlayanlar, görməzlikdən gələnlər milli anlayışlardan, milli təsəvvürlərdən çox uzaq adamlardır. Bu cür şəxslər Xalqdan, dövlətdən “tramplin” kimi istifadə niyyətini güdənlərdir. Vətən o adamlara rahatliqları üçün lazımdır. Ancaq bir həqiqəti unudurlar ki, artıq, Azərbaycan xalqı kifayət qədər siyasi həyatda təcrübə toplayıb. Hər bir kəsi öz ağıl “tərəzisində” çəkməyi bacarır. Bu səbatsız iqtidarın düşüncə bataqlığında Respublikamızın xoşbəxt günlərinə “züy” tutanları anti Azərbaycan əhval-ruhiyyəli adamlar kimi səciyyələndirir. Nə qədər ki, Xalqın o insanlara inamı sarsılmayıb, nə qədər ki, gec deyil, həqiqəti, doğrunu dillərinə gətirsinlər. Bir insan kimi o şəxslərə acıdığıma görə onlara bir gerçəyi xatırlatmaq istəyirəm. Heç olmasa hakimiyyətlə Azərbaycan xalqının tən ortasında dayanmasınlar. Bir qisim kəslər də var siyasi proseslərin sonunu “güdməkdədirlər”. Çünki onlara həqiqət lazım deyil, qalib lazımdır. Axı onlar həmişə qaliblərin yanında durmağa vərdiş etmişlərdi. Vətəni isə haqqı, həqiqəti güclülərə qurban verməyənlər “tikə” bilər. 25 ildir idarəçilik ölkə əhalisini zərərsizləşdirməklə, yəni, səsini, sözünü oğurlamaqla məşğuldur. Deməli, bu hakimiyyətdən idarəçilik alınmalı, qanuni sahibinə – Azərbaycan xalqına qaytarılmalıdır. Axı bu iqtidarın siyasi mövcudluğu dövlətçiliyimiz üçün, müstəqilliyimiz üçün çox təhlükəlidir. Əks halda, mənəvi, iqtisadi, siyasi böhran qaçılmazdır. Gəlin, 25 illik fəaliyyətində sosial ədalətə yer verməyən bir komandanın vədlərinə inanmayaq. İndiyə qədər verdikləri hansı vədi yerinə yetirə bildilər ki ? Siyasi reallıq bu şərtlər daxilində bizi seçgini boykota çağırır. Çünki, artıq, Xalq təcrid vəziyyətində ! Fırıldaqla ölkə idarə olunmaz! Siyasi həyatda SÖZ yalan danışıb cəmiyyətin başını qatmaq üçün deyil. Siyasətdə SÖZ can atdığın həqiqətlərə çatmaq naminə Xalqı səfərbər etmək üçündür. Yetər, bacarıqsızlığınızdan doğan, törəyən fırıldaqlarınız, yalanlarınız! İnsanlar xülya və xəyallarınızdan əziyyət çəkməkdədir. Onlar doğru sözü dillərinə gətirdiklərinə görə təqib edilirlər. Ancaq, qorxmaq lazım deyil. Ölkə vətəndaşlarını bu idarəçiliyin primitivliyindən, yarıtmazlığından qorumalıyıq, qanımızla, canımızla! Bu gün ölkə olaraq, Xalq olaraq yoxsuluq. Tək iqtisadi baxımdan yox, hüquq və azadlığımız baxımından da. Siyasi, hüquqi, iqtisadi yoxsulluğumuza son qoymalıyıq. Belə yaşamaq mümkünsüz! Ölkə daxilində insanların bu iqtidara qarşı mübarizəsi Azərbaycanın inkişafı üçündür. Biz Azərbaycanlıyıq deyəndə utanmamağımız üçündür. Bu gün MM üzvləri Prezident aparatından, Xİ nazirliyindən ərazi bütövlüyümüzü niyə bərpa edə bilməmələrinin səbəbini nümayişkaranə şəkildə soruşmaqdansa, bir udum siyasi “hava” üçün xarici ölkələrə baş götürüb gedənləri qınayırlar. Qınayırlar ki, niyə ölkədə qalıb dabanına baxan sərkisyanın şəkillərini asfalta və tualet yollarına yapışdırmırlar? İndi özünüz deyin, belə bir idarəçiliklə …Şuşanı, …Xankəndini almaq mümkündürmü? Ölkə prezidenti öz ərazimizdə əsgərlərimizin qazdığı müdafiə səngərinə girib işgal altında olan …Füzuliyə, … Ağdama baxır… Sonra bəyanat verir ki, İrəvanı da alacağıq. Siyasət pafos deyil, axı ! Dediyim kimi, …dım, …dim şəkilçisidir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL