Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Mitinqdə iştirak etməmək üçün səbəb qalmayıb

Tarix:9-03-2018, 16:41 Baxış Sayı:251

Mitinqdə iştirak etməmək üçün səbəb qalmayıb

Nəsimi Məmmədli

10 mart ümumxalq mitinqi ilə bağlı bir vətəndaş kimi xalqımıza video çağırış etmək istəyirdim, ancaq hazırda qrip olduğuma görə bu kiçik statusla kifayətlənirəm.

Məntiqlə yanaşdıqda heç xalqımıza əlavə hansısa çağırış etməyə gərək qalmayıb. Mitinqin təşkilatçılarının çox samballı müraciətləri etiraz etmək əzmi olan insanlar üçün yetərli sayıla bilər.

Həm də axı xalqımız çox müdrik xalqdır. Ağı qaradan, yaxşını pisdən, xeyiri şərdən, müsbəti mənfidən, tükü tükdən, buğdanı qılçıqdan seçir, başı daşdan-daşa dəyib, ləyaqətli yaşamağına əngəl olan hər şeyin fərqindədir. Odur ki real durumu öz məişətində, mənəviyyatında hiss edən bir xalqın bu haqlı çağırışlara biganə qalmayacağına inanmaqdan başqa variant ola bilməz.
Ölkədəki real durumu anlayan onminlərlə fəal insanlardan ən azı 30 mini meydana gəlmək iradəsi sərgiləsə bu çox ciddi oyanış adlanacaq. Mitinqə gəlib, ancaq meydana daxil olmağa qorxanların mitinqi kənardan izləməsi də yetərlidir. Bu, artıq uğur adlanacaq. Meydan dolub-daşsa, bu isə qələbənin bir addımlığında olmaq deməkdir.

Dəyərli həmvətənlərim! Əsas odur özünüzü azacıq yerinizdən tərpədib ictimai müstəviyə çıxasınız. Bundan alacağınız həzz, mənəvi rahatlıq və cəsarət hüdudsuz olacaq. İnanmırsınızsa, matın 10-da bir sınaqdan keçirin.
Əgər hələ meydana gəlmək istəmirsinizsə, bu da faciə deyil. Əsas odur bu qərarınıza görə gələcəkdə özünüz, ailəniz və övladlarınız adına ağır peşimançılıq keçirməyəsiniz. Niyə vaxtında etiraz edənlərlə birgə olmadım, deyib, üzülməyəsiniz. Əlinizdən heç nə gəlmirsə, o zaman heç olmasa meydana gələnlərə hər yerdə mənəvi dəstək verin. Onsuz da demokratik cəmiyyət uğrunda mübarizə aparan insanlar qələbə qazanmayınca nə susacaq, nə də dayanacaq!
Cəmiyyətimizin bütün problemlərinin kökü demokratik seçkilərdən keçir. Hava şəraitindən asılı olmayaraq, demokratik seçki istədiyimə görə yenə də meydanda olacam!

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL