Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Üçlük məhkəməsinin yeri görünür

Tarix:25-04-2018, 08:47 Baxış Sayı:216

Üçlük məhkəməsinin yeri görünür

“Vəkil, məhkəmədən çəkil”

(administrasiyadan yeni qafiyə)

Baş prokurorluğun göstərişinə əsasən, daha 2 vəkilin fəaliyyəti dayandırılmışdır. Əsabəli Mustafayev və Nemət Kərimli daha çox müxalifətçilərin müdafiəçisi olaraq tanınırdılar, hətta Əsabəli bəy Avropa Məhkəməsində belə işlərdən yüzdən çoxunu udmuşdu. Yəni camaatı burda müdafiə eləməyə imkan verilməsə də, xaricdə iqtidarı cərimələtdirə bilirdi. Böyük ehtimalla bu iki vəkili elə Avropa Məhkəməsində udduqları işlər üzündən cəzalandırdılar. Çünki pul bizdə ən vacib şeylərdən sayılır. İqtidar pul işində heç kəsə aman vermir, onu azacıq ziyana salan şəxsə də qəzəbi sonsuzdur. Yadınıza salın: MTN və Beynəlxalq Bank darmadağın ediləndə onların hərəkətinə obrazlı şəkildə “maliyyə xəyanəti” adı qoyulmuşdu. Bu bizdə, hətta deyərdim, vətənə xəyanətdən ağır cinayət sayılır.

Yeganə sevindirici hal odur ki, vəkillərin işinə cəmi 1 illik qadağa qoyulubdur, növbəti Novruz bayramında Əsabəli bəy və Nemət bəy Şuşada... üzr istəyirəm, məhkəmədə müdafiəçi ola biləcəklər (Qınamayın, adam “Növbəti Novruzda Şuşada...” cümləsini nə qədər eşidər?). Halbuki klassikimizin tövrüylə desək, goburnat istəsə, pristavı döyə bilərdi. Yəni iqtidar istəsə, bu iki vəkilin vəkilliyinə nəinki ömürlük quş qoyardı, hətta onları elə müdafiə elədikləri adamların kamerasına salardı. Bizdə bu, çox asan prosedurdur. Həmişə üzə durmağa bir şəxs, şahidlik eləməyə üç-dörd namərd, hadisə yerindən tapılmağa həsrət 4-5 kilo hal maddəsi və ya Xirosimanı partlatmaq gücündə yandırıcı butulkalar, qanunsuz cinayət işini makinada çap edəsi müstəntiq qırığı, sonra bu cırıq-curuq və 37-ci ildən qalma naftalin qoxulu əskilərdən adama məhkum donu biçməyə hazır məhkəmə-prokuror cütlüyü tapılır. Yenə klassikimizdən sitat gətirsək, bir molla, üç manat pul, bir kəllə qənd, vəssalam, şüttamam. Adama elə toy tutursan ki, yeddi arxa dönəni oynayır. Bu mənada, qərarın müvəqqəti olması səbəbilə respublika ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk və söz veririk ki, payız tətilini Sabirabadın Cavad kəndində pambıq yığımında keçirəcəyik. 

Ancaq bir iş var ki, artıq müxalifətçiləri müdafiə eləməyə vəkil demək olar qalmayıbdır. Hərəsi bir yolla sıradan çıxarılandan sonra bu adamlar nə eləsinlər? Bəlkə güllələnmə cəzasını və məşhur sovet praktikası olan “troyka” (üçlük) məhkəmələrini bərpa edək? Həmin üçlük məhkəmələri 1930-cu illərdə yaradılmışdı və hər hansı şəxsi tutanda qərarı 3 nəfərin iclası çıxardırdı: prokuror, Kommunist Partiyasının yerli sədri və NKVD əməkdaşı. İndiki terminlə yazım, gənclər üçün anlaşıqlı olsun: elə bil səni “Məhsul” stadionunda yaxşı oynamadığın üçün tutub gətiriblər Yasamal məhkəməsinə. Burada Yasamal YAP sədri, Yasamal polisinin rəisi və Yasamal prokuroru üçlükdə yığışıb sənin təpənə paslı güllə çaxılması qərarını imzalayırlar. Gördüyünüz kimi, “troyka” məhkəməsinin tərkibində, ümumiyyətlə, vəkil deyə bir insan, peşə növü nəzərdə tutulmurdu. Bəlkə indi kiməsə bu, lotu Stalinin hansısa zarafatı kimi gələr, ancaq ortada rəsmi, tarixi sənədlərlə təsdiqlənmiş arxiv məlumatları vardır: 1936-cı ilin 1 oktyabrından 1938-ci ilin 1 noyabrınadək troyka məhkəmələri 1 milyon 565 min 41 nəfəri həbs edibdir. Onların 668 min nəfəri - təxminən yarısı güllələnmişdir. Qalanları da əsasən 8-10 il həbs, sürgün cəzaları alaraq Sibirin, Uzaq Şərqin amansız təbiətində can vermişlər.

Hətta o məhkəmələrin “üçlük” adlanması da bəzən formal olurmuş, əslində iki nəfər qərar çıxarırmış. Belə NKVD məhkəmələrinə “dvoyka” (ikilik) deyirmişlər. Udmurtiya Muxtar Respublikasında isə cəmi 1 nəfərdən ibarət... “troyka” məhkəməsi olub.

Bu faktları həm də ölkəmizdəki bəzi SSRİ aşiqlərinə xatırlatma olaraq yazdım, çünki qarşıdan 28 aprel - Azərbaycanın rus-bolşevik ordusu tərəfindən işğalının ildönümü gəlir, adətən belə günlərdə həmin aşiqlər aktivləşirlər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL